Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ödənilən hər 100 manat sosial sığorta haqqının fərdi hesabın sığorta hissəsində 90 manat əvəzinə 85 manatı qeydə alınacaq. Milli Məclisdə müzakirəyə çıxarılan bu təklif gələcək pensiya kapitalının formalaşmasına təsir göstərə bilər.

Bəs bu dəyişiklik vətəndaşların gələcək pensiya məbləğinə necə təsir edəcək? Fərdi hesaba daha az vəsaitin yönəldilməsi pensiya yaşına çatacaq şəxslərin alacaqları pensiyanın azalmasına səbəb ola bilərmi?
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi vətəndaşların gələcək pensiya kapitalının yığılma sürətinə mənfi təsir göstərəcək. Çünki fərdi hesaba yönəldilən vəsaitin azalması insanların pensiya hüquqlarının formalaşmasına birbaşa təsir edir. Məsələn, hazırda sığorta haqlarının 90 faizi fərdi hesaba yönəldilirsə, bu payın 85 faizə salınması həmin hesaba daxil olan məbləği əvvəlki səviyyə ilə müqayisədə təxminən 5,6 faiz azaldır. Bu fərq illər ərzində yığıldıqda, xüsusilə əməkhaqqı yüksək olan və uzun müddət sığorta ödənişi edən şəxslərin pensiya kapitalında nəzərəçarpan fərq yarada bilər.

Nəticədə, digər şərtlər dəyişməz qalarsa, gələcək pensiya məbləği də aşağı olacaq. Bununla belə, yekun təsir təkcə bu göstəricidən asılı deyil, əməkhaqqının məbləği, sığorta stajı, pensiya kapitalının indeksləşdirilməsi və pensiya sisteminin digər mexanizmləri də mühüm rol oynayır. Əgər bu dəyişikliyin məqsədi sosial sığorta sisteminin digər xərclərini maliyyələşdirməkdirsə, həmin vəsaitlərin hansı istiqamətə yönəldiləcəyi və bunun vətəndaşların sosial təminatına necə təsir edəcəyi aydın izah olunmalıdır. Əsas məsələ pensiya sisteminin maliyyə dayanıqlığını təmin etməklə yanaşı, gələcək pensiyaçıların sosial təminatını zəiflətməməkdir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2701   Tarix: 19 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs

19 oktyabr
.

Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

Korrupsiyanı ifşa edənlərə mükafat veriləcək - bəs onları təzyiqlərdən kim qoruyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi ilə bağlı yeni qanun layihəsi gündəmə gəlib. Layihədə belə şəxslərin kimliyinin məxfiliyinin qorunması, hüquqi yardım alması və korrupsiya barədə məlumat verdiklərinə görə iş yerində qisas xarakterli tədbirlərl

19 oktyabr
.

Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca

18 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr