"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir.
Sərnişinlərin sözlərinə görə, "Xaliq Faiqoğlu" şirkətinə məxsus sözügedən avtobus dünən sürətli hərəkət etdiyinə görə cərimələnib. İddialara görə, bundan sonra marşrut sanki insanlardan "küsüb".
Dayanacaqlarda bir saata yaxın avtobus gözləyən insanlar haqlı olaraq sual edirlər: bu gecikmələrin səbəbi nədir? Sürücüdən vəziyyətlə bağlı soruşduqda isə onlara "Az qalıb, birdəfəlik bağlanacaq" cavabı verilir.
Bəs sərnişinlərin günahı nədir? İnsanlar işə, dərsə, vacib görüşlərə vaxtında çatmaq üçün niyə saatlarla dayanacaqda gözləməli, üstəlik, bu cür cavablarla qarşılaşmalıdırlar? İctimai nəqliyyatın əsas vəzifəsi vətəndaşlara xidmət göstərmək deyilmi? Bir marşrutun fəaliyyəti ilə bağlı yaranan problemə görə əziyyət çəkən yenə də gündəlik həyatını avtobusdan asılı şəkildə quran insanlar olmamalıdır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanladıq.
"Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev BiG.AZ-a açıqlamasında bildirib ki, 9 saylı müntəzəm marşrut xəttində hazırda 12 avtobus sərnişinlərə xidmət göstərir:
"Nəqliyyat vasitələrindən 6-sı iritutumlu, digər 6-sı isə orta tutumludur. Xətt üzrə interval 10-12 dəqiqə müəyyən edilib.
Gün ərzində müşahidə edilən sıxlıq və tıxaclar, eləcə də digər məhdudiyyətlər bəzi hallarda interval pozulmalarına səbəb olur. Bu hal əsasən iş günlərində pik saatlarında müşahidə edilir. Xahiş edirik, məlumatları yayarkən şirkətin və rəsmi qurumların təqdim etdiyi rəsmi informasiyalara əsaslasınız".
Aynur Babazadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 372 Tarix: 19 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bazarda meyvə-tərəvəz ucuzlaşdı
Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz
17 oktyabrPrezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu
19 oktyabrAzərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli
17 oktyabrAzərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
18 oktyabrNazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
18 oktyabrBu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş
Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli
18 oktyabrGəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say
18 oktyabr