"Demokratlar bu seçkilərə Trampın siyasətinə qarşı ictimai narazılığı siyasi nəticəyə çevirmək fürsəti kimi yanaşırlar" - BƏHRUZ QULİYEV
"ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilər təkcə Konqresdəki siyasi qüvvələr nisbətini müəyyənləşdirməyəcək, həm də Donald Tramp administrasiyasının növbəti iki ildə hansı imkanlarla fəaliyyət göstərəcəyinə ciddi təsir edəcək.
Demokratlar bu seçkilərə Trampın siyasətinə qarşı ictimai narazılığı siyasi nəticəyə çevirmək fürsəti kimi yanaşırlar. Onların strategiyasında bir neçə əsas istiqamət diqqət çəkir. İqtisadi problemləri ön plana çıxarmaq, İran müharibəsi və xarici siyasət qərarlarını müzakirəyə çıxarmaq, eyni zamanda administrasiyanın fəaliyyətinə Konqres nəzarətini gücləndirmək." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.

Ekspert qeyd edib ki, ABŞ - da yanacağın qiyməti, inflyasiya, ərzaq və mənzil xərcləri seçicilərin gündəlik həyatına birbaşa təsir göstərir. Demokratlar çalışırlar ki, bu problemlərə görə siyasi məsuliyyət Tramp administrasiyasının üzərinə düşsün. İran istiqamətindəki hərbi əməliyyatların xərcləri və enerji bazarına təsiri də bu arqumentlərin bir hissəsidir.
Eyni zamanda, Demokratlar Nümayəndələr Palatasında üstünlük qazansalar, administrasiyanın qərarları ilə bağlı dinləmələr keçirə, sənədlər tələb edə və müxtəlif araşdırmalar başlada bilərlər. Senatda çoxluq əldə etmək isə prezidentin təyinatlarına münasibətdə onlara əlavə səlahiyyətlər verər. Bununla belə, prezidentin xarici siyasət qərarlarını tam dayandırmaq üçün Konqresin imkanları məhduddur.
Digər ən vacib məsələ odur ki, Demokratlar yalnız ənənəvi tərəfdarlarını səfərbər etməyə deyil, müstəqil seçicilərin və iqtisadi vəziyyətdən narazı vətəndaşların dəstəyini qazanmağa da çalışırlar. Respublikaçılar isə öz növbəsində Trampın tərəfdarlarını səfərbər edir və administrasiyanın siyasətini müdafiə edirlər.
"Hesab edirəm ki, bu seçkilərin nəticələrini yalnız Trampın şəxsi reytinqi ilə ölçmək düzgün olmaz. Burada iqtisadi vəziyyət, regional seçki rəqabəti, namizədlərin nüfuzu və seçici fəallığı da həlledici əhəmiyyət daşıyır.
Əgər Demokratlar Nümayəndələr Palatasında çoxluğu əldə etsələr, Tramp administrasiyasına qarşı siyasi və institusional təzyiq arta bilər. Lakin bu, avtomatik olaraq impiçment və ya prezidentin vəzifədən kənarlaşdırılması demək deyil. Əsas nəticə Ağ Evlə Konqres arasında daha sərt siyasi mübarizənin başlanması ola bilər.
Beləliklə, noyabr seçkiləri ABŞ-da yalnız partiyalararası rəqabət deyil, həm də Trampın daxili və xarici siyasət kursuna ictimai-siyasi münasibətin mühüm göstəricisi olacaq." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 410 Tarix: 19 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bizim öz yolumuz var" - İlham Əliyev
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsi dövründə Gəncə və Bərdənin Ermənistan ordusu tərəfindən bombalanmasına dair kadrlar paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda "Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı b
16 oktyabrAQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Azərbaycanın sədrliyi ilə keçirilən Yeddinci Zirvə Görüşü ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, fəal diplomatik mövqeyinin və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfənin növbəti təzahürüdür. Bi
16 oktyabrAnar Bayramov nazir təyin olundu - Sərəncam
Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov bu təyinata qədər TƏBİB-in icraçı direktoru olub
19 oktyabrİlham Əliyev Hindistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Abhay Kumar ikitərəfli münasibətləri
16 oktyabrAzərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Prezident İlham Əliyevin sərəncamı ilə Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. Anar Bayramovun dosyesini təqdim edir:. Anar Bayramov 1975-ci ildə anadan olub. Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetlərini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur
19 oktyabrMehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib - Foto
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "18 oktyabr. Müstəqilliyin Bərpası Günü. Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbəd
18 oktyabrXarici şirkətlər Zəngilanın bərpasında iştirak edir
Araz, Oxçuçay, Bəsitçay və Həkəri çaylarının ərazisindən keçdiyi stratei əhəmiyyətli, ərazisində bir sıra faydalı qazıntıların olduğu Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da 730 kvadrat kilometr sahəsi olan rayonun 1 şəhər, 5 qəsəb
17 oktyabrAQEM-də Azərbaycanın mövqeyi daha da artır
Müasir dövrdə geosiyasi gərginliklərin artması, regional münaqişələrin coğrafiyasının genişlənməsi, təhlükəsizlik risklərinin mürəkkəbləşməsi və qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər dövlətlərarası etimadın və çoxtərəfli tərəfdaşlığın bərpasını həyati zərurətə çevirir. Bu baxımdan, Asiyada Qarşılıql
16 oktyabr