Yəməndə raket hücumu: azı 20 hərbiçi öldürülüb
Yəmənin cənubundakı Şəbva vilayətində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə ballistik raketlərlə hücum edilib. Nəticədə azı 20 hərbiçi həlak olub, 20-dən çox hərbiçi yaralanıb.
Sonxeber.az Associated Press-ə istinadən xəbər verir ki, hücum oktyabrın 19-da Əl-Ələm hərbi düşərgəsinə qarşı həyata keçirilib. Yəmən hökumətinin hərbi rəsmiləri hücumun husilər tərəfindən təşkil edildiyini bildiriblər.
Yəmən ordusunun sözçüsü, polkovnik Macid əl-Nəzili husilərin polis və təhlükəsizlik qüvvələrinin təlim mərkəzinə üç ballistik raket atdığını təsdiqləyib. O, itkilərin sayı ilə bağlı əlavə məlumat verməyib.
Həlak olanların əksəriyyətinin yeni yaradılmış Çevik Müdaxilə qüvvələrinin hərbçiləri olduğu bildirilir. Həmin qüvvələr bölgənin müdafiəsi üçün formalaşdırılıb.
Hücum Yəməndə hökumət qüvvələri ilə husilər arasında döyüşlərin yenidən intensivləşdiyi bir vaxta təsadüf edir. Tərəflər arasında 2022-ci ildə əldə olunmuş atəşkəs razılaşması son aylarda baş verən toqquşmalar nəticəsində faktiki olaraq pozulub.
Bundan əvvəl, oktyabrın 18-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın zərbəsi nəticəsində Yəmənin husilərin nəzarətində olan Səada vilayətində azı 9 nəfərin öldüyü barədə məlumat yayılıb. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 183 Tarix: 19 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
17 oktyabrBoşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı
Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb
18 oktyabrMustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe
18 oktyabrTürkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik və ya psixotrop maddələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb. "Haber Global" telekanalına istinadən xəbər verir ki, ittiham aktında onun azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. İstanbulda Bakırkö
18 oktyabrFransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video
Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə
18 oktyabrAvropada təhlükəli virus yayılır - 130 nəfər öldü
Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd
17 oktyabr