İran səfiri Almaniya XİN-ə çağırılıb

İran səfiri Almaniya XİN-ə çağırılıbAlmaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.

Söhbət Almaniya Yəhudiləri Mərkəzi Şurasının sədri Yozef Şusterə və Almaniya-İsrail Cəmiyyətinin rəhbəri Folker Bekə hücumların hazırlanmasından gedir.

"Yozef Şuster və Folker Bekə qarşı qəsdən hücum cəhdləri hüquqi nəticələrə səbəb olacaq", - məlumatda bildirilir.

Qeyd edək ki, oktyabrın 15-də Hamburq Ali Regional Məhkəməsi İranın xeyrinə casusluq etdiklərinə və Almaniya yəhudi icmasının nümayəndələrinə hücumlar hazırladıqlarına görə iki nəfəri həbs cəzasına məhkum edib.

Məhkəmə Danimarkada yaşayan 54 yaşlı Əli S. və 43 yaşlı Təvab M.-i casusluqda, həmçinin qətl və qəsdən yanğın törətməyə hazırlıqda təqsirli bilib. Əli S. səkkiz il yarım, Təvab M. isə dörd il yarım müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, həmin şəxslər Yozef Şuster və Folker Beki izləyiblər. Bundan əlavə, Əli S. Berlində ərzaq mağazasını yandırmağa hazırlaşıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 114   Tarix: 19 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç

19 oktyabr
.

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb

Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını

18 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

Parisdə etirazçılar Luvrun girişini bağlayıblar

Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. "Dünyanın ən böyük muzeyinin girişin

19 oktyabr
.

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18 oktyabr
.

Livan Prezidenti İsraili qoşunların çıxarılması barədə razılaşmanı pozmaqda ittiham edib

İsrail ABŞ-nin vasitəçiliyi ilə iyun ayında bağlanmış və "Hizbullah" hərəkatı tərk-silah edildikdən sonra İsrail qoşunlarının ölkənin cənubundan çıxarılmasını nəzərdə tutan çərçivə sazişinin müddəalarını yerinə yetirmir. "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu Livan Prezident

19 oktyabr
.

İranın yeni müdafiə naziri məlum oldu

İran parlamenti Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib. bu barədə "Press TV" telekanalına istinadən xəbər verir. Xatırladaq ki, oktyabrın 5-də Əxlaqi müdafiə naziri postuna namizəd göstərilmişdi. Qeyd edək ki, martın 2-dən etibarən müdafiə naziri vəzifəsini

18 oktyabr
.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

18 oktyabr
.

Bu ölkədə millət vəkili qəsdən maşınla vuruldu

Viktoriya polisi və Avstraliya Baş naziri Entoni Albanese bildirib ki, müstəqil Avstraliya millət vəkili Helen Haynes Melburnun şimal-şərqindəki Vanqaratta şəhərindəki ofisinin qarşısında avtomobilin onun üzərinə qəsdən sürülməsi nəticəsində xəsarət alıb. xəbər verir ki, polisin məlumatına görə, hadisədə

19 oktyabr