Kim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər
Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb.
"Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o, təcili müalicə üçün Çinə aparılıb.
Şayiələrdə onun Pekindəki "Peking Union Medical College" xəstəxanasında təcili müalicə olunduğu bildirilir. Şimali Koreya lideri sonuncu dəfə oktyabrın 11-də Pxenyanda müdafiə muzeyini ziyarət edərkən görünüb.
Şimali Koreya üzrə analitik Benedikt Rocers nəşrlə söhbətində bildirib ki, Kim Çen Inın səhhəti və ya ölümü ilə bağlı əvvəllər də analoji şayiələr yayılıb. O, ölkə rəhbərliyi tərəfindən tezliklə onun sağ-salamat olduğunu göstərən sübutların təqdim ediləcəyini gözlədiyini deyib:
"Əvvəllər də onun ölümü haqqında xəbərlər gəzirdi. O, sağlam görünmür və həddindən artıq çəkilidir. Keçmiş təcrübələr göstərir ki, ali lider vəfat etdikdə ölkədə kütləvi hüzn və kədər nümayiş etdirilir. Hələ belə bir şey müşahidə olunmur. Əgər o sağdırsa, tezliklə bunu təsdiqləyən kadrlar yayımlanacaq".
Ekspertlərin fikrincə, Kim Çen In vəfat edəcəyi təqdirdə hakimiyyəti müvəqqəti olaraq onun bacısı Kim Yo-çonq öz üzərinə götürə bilər. Onlar hesab edirlər ki, bacısı Kimin 13 yaşlı qızı Kim Cu-e kifayət qədər böyüyənədək ölkəni idarə edəcək. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, məhz Cu-e atasının əsas xələfi hesab olunur.
Həmçinin qeyd edilib ki, 140 kiloqramdan çox çəkisi olan Kim Çen Inın zərərli vərdişləri və həddindən artıq kökəlməsi onun ürək-damar xəstəlikləri riskini artırır. Onun atası Kim Çen İr və babası Kim İr Sen də analoji səhhət problemlərindən əziyyət çəkiblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 135 Tarix: 20 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb
BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ
19 oktyabrAli Radanın deputatı Zelenskinin varisini açıqladı
"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq
18 oktyabrTürkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik və ya psixotrop maddələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb. "Haber Global" telekanalına istinadən xəbər verir ki, ittiham aktında onun azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. İstanbulda Bakırkö
18 oktyabrƏraqçi: İƏT fikir ayrılıqlarının həllində ciddi rol oynamalıdır
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fikir ayrılıqlarının həllində daha ciddi rol oynamalıdır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Tasnim" əməkdaşının müvafiq sualına cavab verərkən bildirib. Əraqçi təşkilatın İslam dünyasının məsələlərinə dah
18 oktyabrYer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19 oktyabrPezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil
İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakir
18 oktyabrParisdə etirazçılar Luvrun girişini bağlayıblar
Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. "Dünyanın ən böyük muzeyinin girişin
19 oktyabr