Associated Press: "CNN-in aparıcı jurnalisti Kristian Amanpur 43 ildən sonra telekanaldan ayrılır"

Associated Press: "CNN-in aparıcı jurnalisti Kristian Amanpur 43 ildən sonra telekanaldan ayrılır"CNN-in uzun illərdir fəaliyyət göstərən aparıcısı Kristian Amanpur 43 illik karyerasından sonra telekanaldan ayrılacaq. Karyerasına adi köməkçi vəzifəsindən başlayan Amanpur onilliklər ərzində dünyanın münaqişə bölgələrindən reportajlar hazırlayaraq televiziyanın ən tanınmış müxbir və aparıcılarından birinə çevrilib.

Telekanalın beynəlxalq məsələlər üzrə baş aparıcısı olan Amanpur 2027-ci ilin əvvəlindən CNN International-da yayımlanan gündəlik "Amanpour" proqramını həftədə bir dəfə təqdim edəcək. Proqram may ayında başa çatacaq, jurnalist isə iyun ayında CNN-dən ayrılacaq. O, gələcəkdə "maraqlı yeni layihələr" üzərində işləməyi planlaşdırdığını bildirib.

68 yaşlı Amanpur ilin sonunda PBS telekanalındakı "Amanpour & Co" proqramını da dayandıracaq. Bununla belə, o, ABŞ-ın keçmiş diplomatı olan sabiq həyat yoldaşı Ceymi Rubinə birlikdə hazırladıqları "The Ex Files" podkastını davam etdirəcək.

Amanpur bazar ertəsi CNN vasitəsilə yayımlanan bəyanatında belə deyib: "Aylarla düşünəndən və bir neçə yuxusuz gecədən sonra 43 möhtəşəm il ərzində tərəfdaşım olmuş CNN-dən ayrılmaq qərarına gəldim!"

Sonxeber.az Associated Press-ə istinadən xəbər verir ki, o əlavə edib ki, CNN-i hər zaman dəstəkləyəcək və telekanalın müstəqil jurnalistika ənənəsinin qorunmasını arzulayacaq. Jurnalist fikrini belə ifadə edib: "Yadda saxlayın: həmişə həqiqəti söyləyin, neytral olmayın".

Ayrılmasının səbəbini açıqlamayıb

Amanpur CNN-dən ayrılmasının səbəbini açıqlamayıb və telekanalda baş verən dəyişikliklərə də konkret toxunmayıb. Bununla belə, onun gedişi CNN-in yeni sahibinin Skydance olduğu dövrə təsadüf edir.

Bir il davam edən prosesdən sonra Skydance şirkətinin sahibi olduğu Paramount oktyabrın 6-da Warner Bros. Discovery şirkətini 81 milyard dollara satın alma prosesini başa çatdırıb. Birləşmə televiziya xəbərləri sahəsinin iki böyük qurumunu - CBS və CNN-i eyni şirkət çətiri altında birləşdirib.

Şəxsi həyatı ilə bağlı Amanpur 2021-ci ildə yumurtalıq xərçəngi diaqnozu qoyulduğunu və xəstəliyin sonradan iki dəfə təkrarlandığını açıq şəkildə danışıb. O, bu xəstəliyi "görünməz qatil" adlandırıb və insanları müayinələrdən keçməyə çağırıb.

Amanpur 1983-cü ildə Atlantada CNN-ə köməkçi kimi qoşulub. Telekanalın baş icraçı direktoru Mark Tompson bazar ertəsi yayımladığı müraciətdə həmin vaxt jurnalistin potensialının hər kəs tərəfindən qiymətləndirilmədiyini yazıb.

Tompsonun sözlərinə görə, onun rəhbərlərindən biri vaxtilə Amanpurun xarici müxbir olmaq, hətta efirdə hər hansı vəzifə tutmaq üçün lazımi qabiliyyətə malik olmadığını söyləmişdi.

Tompson bunun ardınca belə yazıb: "O isə həmin şəxsin nə qədər yanıldığını sübut etdi!"

Şöhrəti ilk Körfəz müharibəsi zamanı qazandı

Amanpur CNN-ə qoşulduqdan yeddi il sonra müxbir və beynəlxalq jurnalist kimi fəaliyyətə başlayıb. O, 1990-cı illərin əvvəllərində Körfəz müharibəsini, Yaxın Şərqdəki münaqişələri və dünyanın digər qaynar nöqtələrində baş verən hadisələri işıqlandırmaqla şöhrət qazanıb.

Müharibə jurnalistikasını izah edən Amanpur bunun "missiya hissi, məqsəd duyğusu və hadisəni danışmaq imkanı" olduğunu bildirib.

O, beynəlxalq hadisələri, o cümlədən mürəkkəb mövzuları ABŞ auditoriyasına çatdırmağı qarşısına məqsəd qoyub.

Amanpur 2023-cü ildə Associated Press-ə müsahibəsində deyib: "Mən heç vaxt düşünməmişəm ki, hansısa mövzu Amerika televiziyasında təqdim etmək üçün həddindən artıq mürəkkəbdir. Mən heç vaxt auditoriyaya yuxarıdan aşağı baxmamışam. Heç vaxt düşünməmişəm ki, insanlar yalnız öz yaşadıqları ərazidə baş verənləri bilmək istəyirlər".

Amanpur həmçinin bildirib ki, böyüdüyü mühit ona dünyaya fərqli baxış bucağı qazandırıb.

"Mənim mənşəyim iranlı və britaniyalı kimliyini birləşdirir. Bu, mənə dünyaya iki çox fərqli perspektivdən baxmaq kimi böyük bir imtiyaz verib", - deyə o bildirib.

Jurnalist fərqli qruplar arasında körpülərin qurulmasının vacibliyini həmişə müdafiə etdiyini vurğulayıb. Onun fikrincə, insanlar tamamilə öz qruplarına qapanmadan da birgə yaşaya bilərlər.

Bazar ertəsi yayımlanan vida müraciətində Amanpur münaqişə bölgələrində onunla çalışan çəkiliş qruplarına və proqram komandalarına təşəkkür edib.

O, ilk Körfəz müharibəsini işıqlandırdığı vaxtdan Bosniya müharibəsinin dəhşətlərinə, Ruandaya, Əfqanıstana, Ukraynaya, İrana və aradakı digər hadisələrə qədər gördüyü işlərdə komanda ruhunun xüsusi rol oynadığını qeyd edib.

Amanpurun sözlərinə görə, onlar faktları, sübutları və hadisələrin insani tərəfini üzə çıxarmaq üçün birlikdə çalışıblar ki, CNN dünya haqqında həqiqətləri qorxmadan və heç kimə güzəştə getmədən yayımlaya bilsin.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 146   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

BBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb

BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ

19 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

Səudiyyə Ərəbistanının paytaxtında təhlükə xəbərdarlığından sonra partlayışlar eşidilib

AFP jurnalistlərinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının paytaxtı iki partlayışdan sarsılıb. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı hakimiyyət orqanları potensial təhlükə barədə xəbərdarlıq etdikdən sonra iki partlayış baş verib. Səudiyyə Ərəbistanını

20 oktyabr
.

Kim Çen Inın bacısından sərt bəyanat: Cənubi Koreyaya xəbərdarlıq

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyanı sərhəddəki hərəkətlərinə görə tənqid edib. O, iki ölkə arasındakı sərhəd bölgəsində yaranmış vəziyyəti ciddi adlandıraraq Seula xəbərdarlıq edib. The Mirror-a istinadən xəbər verir ki, Kim Yo Conqun sözlərinə görə, Cənubi Koreya hərbçilər

20 oktyabr
.

İran səfiri Almaniya XİN-ə çağırılıb

Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniy

19 oktyabr
.

Polşa Ukraynanın qərbindəki hücumlardan sonra hava hücumundan müdafiə sistemlərini gücləndirir

Polşa Rusiyanın Ukraynaya hücumlarından sonra yenidən hava hücumundan müdafiə sistemlərini aktivləşdirib. Sky News-a istinadən xəbər verir ki, Varşava qərbi Ukraynaya hücumlar zamanı hava hücumundan müdafiə sistemlərini tez-tez gücləndirir və Rusiya və naməlum dronların NATO ölkələrinə hücumları getdikc

20 oktyabr
.

Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi

18 oktyabr
.

Ekvadorda canlı yayım zamanı üzərinə xaç aşan keşiş öldü - Anbaan görüntü

Ekvadorun Quayakil şəhərindəki kilsələrin birində keşiş ibadət zamanı üzərinə xaçın düşməsi nəticəsində dünyasını dəyişib. bu barədə "Periodico" qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, ata Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik ibadət mərasimini həyata keçirirmiş

18 oktyabr
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

18 oktyabr