"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
"Türkiyədə bəzi dairələrin Azərbaycana qarşı həftələrdir davam etdirdiyi qarayaxma kampaniyası səngimək yerinə daha kəskin xarakter alır. AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar. Üstəlik, AKP Azərbaycana qarşı radikal çıxışlar edənlərə də səsini çıxarmır. Amma, Türkiyənin çətin günlərində, AKP hakimiyyətinə qarşı çevriliş cəhdi olanda Azərbaycan dövləti tamamilə fərqli, əsl qardaşlıq mövqeyi nümayiş etdirmişdi". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövləti hər zaman Türkiyə dövlətçiliyinə qarşı yönələn təxribatçı addıma qarşı prinsipial mövqe nümayiş etdirib: "Ancaq bu gün Azərbaycana qarşı yönələn ideoloji hücumlar zamanı Türkiyədən eyni prinsipiallığı görmürük. Azərbaycanın davamlı siyasi inkişaf kursu, müstəqilliyini möhkəmləndirməsi və milli kimlik məsələlərində öz yolunu müəyyənləşdirməsi xarici ideoloji dairələrin təsir imkanlarını məhdudlaşdırır. Bu amil ölkəmizə qarşı dini şüarlarla pərdələnən təsirləri minimuma endirsə də, təzyiq cəhdləri hələ də qalır.
Azərbaycan müxtəlif dövlətlərdən ölkəmizə ayaq açan təriqətlərin yaratdığı problemləri daha əvvəl də yaşayıb. Xüsusilə Azərbaycanda "nurçu" şəbəkənin formalaşmasına maddi, siyasi dəstək göstərildiyi zamanları misal göstərə bilərik. Hətta ölkəmizdə "Nurçu" şəbəkəni təmizləmək üçün uzun müddət mübarizə aparıldı".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 880 Tarix: 20 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 Oktyabr - Füzulinin azadlığı və dirçəlişinin rəmzi
Xalqımızın tarixi yaddaşında xüsusi əhəmiyyət daşıyan, milli iradənin, qəhrəmanlığın, vətənpərvərliyin və ərazi bütövlüyümüzün bərpasının rəmzi olan 17 oktyabr tarixi 2020-ci ildə Füzuli şəhərinin Ermənistanın işğalından azad edilməsini, Azərbaycan Ordusunun misilsiz şücaətini və Azərbaycan xalqını
16 oktyabrZəngilan Şəhəri Günü: Azad torpaqlarda qurulan yeni həyat
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar milli yaddaşımızda əbədi yaşayır, xalqımızın birliyini, iradəsini, vətən sevgisini və azadlıq əzmini təcəssüm etdirir. 20 Oktyabr - Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyünü
19 oktyabrBakı Sammiti Azərbaycanın Asiya diplomatiyasının növbəti uğurudur
Oktyabr ayının 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü öz işinə başlayıb. Qurum qitə dövlətlərini ortaq maraqlar ətrafında birləşdirən, dialoq üçün imkanlar yaradan və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən mühüm regional platform
16 oktyabrAzad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənəd xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, işğaldan azad edilmiş ərazilərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasını
20 oktyabrAQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Azərbaycanın sədrliyi ilə keçirilən Yeddinci Zirvə Görüşü ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, fəal diplomatik mövqeyinin və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfənin növbəti təzahürüdür. Bi
16 oktyabr