Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMəktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtında müəyyənləşdirməsi çətinləşə bilər.

Bəs siniflərdə şagird sayının bu həddə çatması hansı problemlərə səbəb olur və mövcud vəziyyətin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, məktəblərdə siniflərdə şagird sayının 36-40 nəfərə çatması təhsilin keyfiyyəti baxımından ciddi problemdir. Məsələ ondadır ki, bu vəziyyətə yalnız sıxlıq kimi deyil, mövcud normativ tələblərin icrası baxımından da yanaşmaq lazımdır. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində siniflər üzrə şagird sıxlığı normaları təsdiq edilib: "Həmin normalar siniflərin təşkili zamanı şagird sayı ilə yanaşı, sinif otağının imkanlarının da nəzərə alınmasını nəzərdə tutur. Hesab edirəm ki, bir sinifdə 36-40 şagirdin təhsil alması adi hal kimi qəbul edilməməlidir. Bu qədər şagirdin olduğu sinifdə müəllimin hər bir uşağa fərdi yanaşması, onların bilik səviyyəsini izləməsi və dərs prosesində hamının fəal iştirakını təmin etməsi çətinləşir. Nəticədə müəllimdən yüksək nəticə tələb olunur, amma həmin nəticəni əldə etmək üçün lazımi şərait həmişə yaradılmır.

Burada əsas sual budur: əgər məktəbdə şagird sayı artırsa, niyə sinif otaqları və müəllim təminatı da buna uyğun planlaşdırılmır? Şagird sıxlığını yalnız məktəbin və ya müəllimin üzərinə qoymaq düzgün deyil. Bu, ilk növbədə təhsil infrastrukturunun planlaşdırılması və idarə olunması məsələsidir.

Problemin həlli üçün 30 nəfəri aşan siniflər üzrə normativ tələblərin necə tətbiq olunduğu araşdırılmalı, mümkün olan məktəblərdə əlavə paralel siniflər açılmalı, şagird sıxlığının davamlı olduğu ərazilərdə isə yeni məktəblərin tikintisi və mövcud məktəblərin genişləndirilməsi sürətləndirilməlidir.

Təhsildə keyfiyyətdən danışırıqsa, siniflərdəki real vəziyyət də bu hədəfə uyğun olmalıdır.40 şagirdlə dərs keçən müəllimdən fərdi yanaşma tələb etmək, eyni zamanda uşaqların keyfiyyətli təhsil almaq hüququnu tam təmin etdiyimizi düşünmək doğru deyil. Əsas məqsəd uşaqları sadəcə məktəbə yerləşdirmək yox, onların səmərəli öyrənməsi üçün normal şərait yaratmaq olmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 584   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19 oktyabr
.

Hərbçimiz ürəyindən əməliyyat olundu - Video

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman

19 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

Uşaq bağçaları ilə bağlı XƏBƏRDARLIQ: Bu qaydalar gözlənilməlidir

Uşaq bağçalarında qida təhlükəsizliyinin təmin olunması uşaqların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qidaların keyfiyyəti, saxlanma və hazırlanma şəraiti, eləcə də uşaqların qidalanmasına nəzarət mümkün zəhərlənmə hallarının qarşısının alınmasında mühüm rol oynayır. Uşaqlard

20 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ödənilən hər 100 manat sosial sığorta haqqının fərdi hesabın sığorta hissəsində 90 manat əvəzinə 85 manatı qeyd

19 oktyabr
.

Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20 oktyabr
.

Korrupsiyanı ifşa edənlərə mükafat veriləcək - bəs onları təzyiqlərdən kim qoruyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi ilə bağlı yeni qanun layihəsi gündəmə gəlib. Layihədə belə şəxslərin kimliyinin məxfiliyinin qorunması, hüquqi yardım alması və korrupsiya barədə məlumat verdiklərinə görə iş yerində qisas xarakterli tədbirlərl

19 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr