Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda pensiya kapitalının vətəndaşlara hansı şərtlərlə və nə dərəcədə əlçatan olması məsələsi hələ də müzakirə mövzusu olaraq qalır. Vətəndaşlar fərdi hesablarında toplanan pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsini gözlədikləri halda, bu istiqamətdə gözlənilən dəyişikliklər hələ reallaşmayıb.

Mövcud qaydaların dəyişdirilməsi ilə bağlı müzakirələr aparılsa da, pensiya kapitalının əldə edilməsi məsələsi açıq olaraq qalır. Bəs vətəndaşların öz pensiya kapitalından istifadə imkanları niyə genişləndirilmir və bu təcrübənin Azərbaycanda tətbiqinə hansı amillər mane olur?
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda vətəndaşların fərdi hesablarında toplanan pensiya kapitalını pensiya yaşına çatmazdan əvvəl və ya pensiyaya çıxdıqdan sonra birdəfəlik əldə edə bilməməsinin əsas səbəbi mövcud pensiya sisteminin mahiyyəti ilə bağlıdır. Hazırkı modeldə pensiya kapitalı vətəndaşın istədiyi vaxt götürə biləcəyi adi bank əmanəti kimi deyil, gələcəkdə əmək pensiyasının maliyyələşdirilməsinə xidmət edən vəsait kimi nəzərdə tutulub. Onun sözlərinə görə, bu mexanizmin tətbiq edilməməsinin bir neçə səbəbi var: "Birincisi, pensiya sistemi uzunmüddətli sosial təminat prinsipi əsasında qurulub. Dövlət çalışır ki, vətəndaş pensiyaya çıxdıqdan sonra vəsaitini qısa müddətdə xərcləyib gələcəkdə gəlirsiz qalmasın. İkincisi, pensiya kapitalının birdəfəlik ödənilməsi Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığına və gələcək pensiya ödənişlərinin təşkilinə təsir göstərə bilər. Üçüncüsü, belə bir mexanizmin tətbiqi üçün vətəndaşın kapitalının hansı hissəsini, hansı şərtlərlə və hansı vergi rejimində əldə edə biləcəyi qanunvericiliklə dəqiq müəyyənləşdirilməlidir.

Lakin burada vətəndaşın haqlı sualı da var: əgər pensiya kapitalı onun əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqları hesabına formalaşırsa, həmin vəsait üzərində niyə sərəncam vermək hüququ məhdud olmalıdır? Vətəndaşın fərdi hesabında toplanan vəsaitlə gələcək pensiya öhdəliyi arasında balansın necə qurulduğu cəmiyyətə aydın izah edilməlidir, bu izah yoxdur.

Dünya təcrübəsində fərqli modellər mövcuddur. Bəzi ölkələrdə fərdi pensiya hesablarındakı yığımların müəyyən hissəsini birdəfəlik götürmək mümkündür, digərlərində isə kapital yalnız aylıq pensiya ödənişlərinə yönəldilir. Buna görə də xarici təcrübənin Azərbaycanda tətbiqi həmin ölkələrin pensiya sisteminin maliyyələşmə mənbələri və təminat mexanizmləri nəzərə alınmaqla qiymətləndirilməlidir.

Məncə, Azərbaycanda məsələni tamamilə birdəfəlik ödənişə icazə verilməsi və ya bunun qadağan olunması dilemması kimi qoymaq düzgün deyil. Daha çevik model nəzərdən keçirilə bilər: məsələn, pensiyaya çıxmış vətəndaşa pensiya təminatı üçün zəruri olan məbləğ saxlanılmaqla, kapitalın müəyyən hissəsini birdəfəlik almaq hüququ verilməsi. Bu zaman həm vətəndaşın öz vəsaitindən istifadə imkanları genişlənər, həm də onun gələcəkdə minimum sosial təminatdan məhrum olması riskinin qarşısı alınar.

Əsas məsələ qanunvericilikdə dəyişiklik müzakirəsinin aparılması deyil, konkret mexanizmin və onun iqtisadi əsaslandırmasının ictimaiyyətə təqdim edilməsidir. Vətəndaş bilməlidir ki, fərdi hesabındakı pensiya kapitalı hansı hüquqi statusa malikdir, nə üçün sərbəst şəkildə əldə edilə bilmir və bu məhdudiyyətlərin dəyişdirilməsi üçün hansı şərtlər tələb olunur".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 505   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20 oktyabr
.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy

20 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Dövlətin əsas prioriteti ölkənin təhlükəsizliyidir: Məktəblərdə bərabərlik prinsipi necə qorunmalıdır?

"Bizim kollektiv kimlik formalaşdırmaq kimi bir hədəfimiz yoxdur. Burada əsas məsələ məktəbdə bərabərlik prinsipinin gözlənilməsidir. Kimlik fərdi qaydada, insanın özünü təkmilləşdirməsi ilə də formalaşa bilər. Fərdi düşüncədə baş verən dəyişikliklər və yenilənmələr bütövlükdə ölkəmiz üçün olduqc

19 oktyabr
.

Sabah rayonlara yağış yağacaq

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında oktyabrın 21-də arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

20 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr