Uşaq bağçaları ilə bağlı XƏBƏRDARLIQ: Bu qaydalar gözlənilməlidir

Uşaq bağçaları ilə bağlı XƏBƏRDARLIQ: Bu qaydalar gözlənilməlidirUşaq bağçalarında qida təhlükəsizliyinin təmin olunması uşaqların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qidaların keyfiyyəti, saxlanma və hazırlanma şəraiti, eləcə də uşaqların qidalanmasına nəzarət mümkün zəhərlənmə hallarının qarşısının alınmasında mühüm rol oynayır. Uşaqlarda zəhərlənmə şübhəsi yarandıqda isə hadisənin səbəbinin vaxtında müəyyənləşdirilməsi və məsul şəxslərin fəaliyyətinin araşdırılması vacibdir.

Bəs, uşaq bağçalarında qida təhlükəsizliyinə nəzarət hansı mexanizmlərlə həyata keçirilməli, zəhərlənmə şübhəsi yarandıqda səbəbləri müəyyənləşdirmək üçün hansı araşdırmalar aparılmalı və belə halların təkrarlanmaması üçün hansı əlavə tədbirlər görülməlidir?
Uşaq bağçaları ilə bağlı XƏBƏRDARLIQ: Bu qaydalar gözlənilməlidirMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, uşaq bağçalarında qida təhlükəsizliyinə nəzarət yalnız yeməklərin keyfiyyətinin yoxlanılması ilə məhdudlaşmamalı, ərzağın qəbulundan başlayaraq hazırlanması, saxlanması və uşaqlara təqdim edilməsinədək bütün mərhələləri əhatə etməlidir:

"Azyaşlı uşaqlar qida mənşəli infeksiyalara və zəhərlənmələrə daha həssas olduqları üçün bu müəssisələrdə sanitariya-gigiyena qaydalarına əməl olunması xüsusi əhəmiyyət daşıyır. Nəzarət mexanizmlərinə ərzaqların mənşəyini və yararlılıq müddətini təsdiq edən sənədlərin yoxlanılması, soyuducularda temperatur rejiminin izlənilməsi, çiy və hazır məhsulların ayrı saxlanması, mətbəx avadanlıqlarının və işçi səthlərin müntəzəm dezinfeksiyası, işçilərin şəxsi gigiyenasına nəzarət və yeməklərin düzgün istilik emalından keçirilməsi daxil olmalıdır. Menyunun uşaqların yaşına və qida ehtiyaclarına uyğun hazırlanması, içməli suyun təhlükəsizliyi və qida nümunələrinin tələb olunan qaydada saxlanılması da vacibdir".

Ekspert bildirib ki, uşaqlarda zəhərlənmə şübhəsi yarandıqda isə ilk növbədə uşaqlara tibbi yardım göstərilməli, valideynlər və aidiyyəti qurumlar məlumatlandırılmalıdır:

"Araşdırma zamanı eyni qidanı qəbul etmiş uşaqlarda simptomların nə vaxt başladığı, hansı qidaların yeyildiyi və əlamətlərin oxşarlığı müəyyənləşdirilməlidir. Qida məhsullarından, içməli sudan və zərurət olduqda ətraf mühitdən nümunələr götürülərək laborator müayinələr aparılmalı, həkim göstərişi ilə uşaqlarda və işçilərdə müvafiq tibbi analizlər həyata keçirilməlidir. Zəhərlənmənin qida, kimyəvi maddə, dərman və ya başqa mənbə ilə əlaqəsi də araşdırılmalıdır. Hadisə yerindəki sübutlar qorunmalı, şübhəli məhsulların istifadəsi dayandırılmalıdır".

Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün bağçalarda mütəmadi və plandankənar yoxlamalar, işçilər üçün qida təhlükəsizliyi təlimləri, gündəlik təmizlik və temperatur jurnalları, ərzaqların izlənəbilənliyi və daxili nəzarət sistemi tətbiq olunmalıdır:

"Kimyəvi maddələr, dərmanlar və digər təhlükəli vasitələr uşaqların əli çatmayan, qidalardan ayrı yerlərdə saxlanılmalıdır. Aşkar edilmiş nöqsanların aradan qaldırılması sənədlə təsdiqlənməli və təkrar yoxlamalarla qiymətləndirilməlidir. Əsas məqsəd hadisədən sonra günahkar axtarmaq deyil, riskləri əvvəlcədən müəyyənləşdirərək uşaqların sağlamlığını qorumaqdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 352   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

20 oktyabr
.

İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI

İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni

20 oktyabr
.

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs

19 oktyabr
.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Anar Bayramov niyə nazir təyin edildi?

Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib

20 oktyabr
.

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtınd

20 oktyabr
.

Kirayə müqaviləsi bağlamamaq hansı problemlərə yol aça bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda mənzillərin kirayəyə verilməsi zamanı tərəflər arasında yazılı müqavilənin bağlanmaması hələ də aktual məsələlərdən biridir. Bəzi əmlak sahibləri və kirayəçilər şifahi razılaşma ilə kifayətlənsələr də, bu yanaşma sonradan kirayə haqqının ödənilməsi, mənzilin boşaldılması, əmlaka dəyən zərəri

19 oktyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

19 oktyabr