Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"

Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"İstanbulda müşahidə olunan güclü leysan yağışları sel, daşqın və şəhərdaxili su basmaları riskini yenidən gündəmə gətirib. Azərbaycanda da intensiv yağıntılar çaylarda suyun səviyyəsinin artmasına, dağlıq ərazilərdə sel hadisələrinə və şəhərlərdə infrastrukturla bağlı problemlərə səbəb ola bilər. Belə hallarda qabaqlayıcı tədbirlərin görülməsi və əhalinin vaxtında xəbərdar edilməsi mümkün fəsadların azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs, İstanbulda müşahidə olunan leysan yağışları fonunda Azərbaycanda hansı hava şəraiti gözlənilir, intensiv yağıntılar hansı risklər yarada bilər və sel, daşqın və şəhərlərdə su basmalarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? İqlim dəyişikliyi bu cür ekstremal hava hadisələrinin tezliyinə və şiddətinə necə təsir edir?
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, iqlim dəyişikliyi atmosfer yağıntılarının qısa müddətdə və leysan xarakterli şəkildə düşməsinə səbəb olur.

"İstanbulda son 10 ildə müşahidə edilməyən intensiv yağıntıların baş verməsi göstərir ki, bu cür hadisələr istənilən ölkədə yaşana bilər. Azərbaycanda iqlimi və yağıntıları müəyyən edən siklonlar cənubdan, Aralıq dənizi istiqamətindən Türkiyə və İran üzərindən ölkəmizə daxil olur. Azərbaycanda da bu cür güclü yağışlar yaz aylarında baş verib və ciddi fəsadlarla müşayiət olunub".

Ekspert bildirib ki, hazırda yağıntılarla bağlı tam dəqiq proqnoz vermək mümkün olmasa da, Azərbaycanda da belə hadisələrin baş vermə ehtimalı yüksəkdir:

"Payız mövsümündə intensiv yağışlar gözlənilir. Havanın isti və quraq keçməsi də bu cür yağıntıların baş vermə ehtimalını artıran amillərdən biridir. Düşünürəm ki, güclü yağışların fəsadlarının qarşısını almaq üçün yollardakı drenaj sistemləri yoxlanılmalı, yağış sularının axdığı ərazilərə yenidən baxış keçirilməlidir. Çünki yolların kənarlarında yağış sularının axıdılması üçün nəzərdə tutulan drenaj sistemlərinin bir çoxu yol təmiri və yenilənməsi zamanı ləğv edilib. Yağış sularının idarə olunması istiqamətində daha çox iş görülməlidir. Təəssüf ki, bu sahədə tədbirlər, demək olar ki, çox ləng həyata keçirilir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 145   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20 oktyabr
.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy

20 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Dövlətin əsas prioriteti ölkənin təhlükəsizliyidir: Məktəblərdə bərabərlik prinsipi necə qorunmalıdır?

"Bizim kollektiv kimlik formalaşdırmaq kimi bir hədəfimiz yoxdur. Burada əsas məsələ məktəbdə bərabərlik prinsipinin gözlənilməsidir. Kimlik fərdi qaydada, insanın özünü təkmilləşdirməsi ilə də formalaşa bilər. Fərdi düşüncədə baş verən dəyişikliklər və yenilənmələr bütövlükdə ölkəmiz üçün olduqc

19 oktyabr
.

Sabah rayonlara yağış yağacaq

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında oktyabrın 21-də arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

20 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr