Kallas: Rusiya ərzaqdan silah kimi istifadə edir
Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallas Rusiyanı Qara dənizdə gəmilərə hücumları artırmaqda və qlobal ərzaq təhlükəsizliyinə zərər vurmaqda ittiham edib.
AZXEBER.COM xəbər verir ki, Kallas bu barədə Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son 10 gündə Qara dənizdə Rusiyaya məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatları ilə 6 hücum qeydə alınıb. Kallas Moskvanın iyulun ortalarından etibarən Ukraynanın ixrac məhsullarına hücumları intensivləşdirdiyini iddia edib.
"Rusiya ərzaqdan qəsdən silah kimi istifadə edir və qlobal ərzaq təhlükəsizliyinə zərər vurur", - deyə o bildirib.
Kallas Rusiyanın Moldova, Rumıniya və Polşa ilə sərhəd keçidlərini də hədəf aldığını, bunun taxıl ixracı üçün alternativ marşrutları riskə atdığını söyləyib.
Aİ rəsmisi Qara dənizdə təhlükəsizliyin gücləndirilməsi, Türkiyə və digər beynəlxalq tərəfdaşlarla sərbəst gəmiçiliyin təmin olunması istiqamətində əməkdaşlığın davam etdiyini bildirib.
Kallas, həmçinin Rusiyaya təzyiqlərin saxlanılmasının və Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 76 Tarix: 20 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransada baş verən iğtişaşlardan sonra 123 nəfər həbs edilib
Fransanın ədliyyə naziri Cerald Darmanin bildirib ki, etirazlar ölkə daxilində iğtişaşlara çevrildikdən sonra Fransa hakimiyyəti 123 nəfəri həbs edib. xəbər verir ki, nazir "Europe 1" radiostansiyasına və CNews telekanalına verdiyi müsahibədə bildirib ki, "hazırda 123 nəfər həbsdədir
20 oktyabrTrampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər
ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların göstəricisi 31 faizə düşüb. Avqust ayında bu göstərici 38 faiz təşkil edirdi. xəbər verir ki, bu barədə "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir. "Reuters"
20 oktyabrNetanyahu Türkiyə ilə müharibəyə başlayır -KİV
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb. "C14 News"-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsin
19 oktyabrYəməndə raket hücumu: azı 20 hərbiçi öldürülüb
Yəmənin cənubundakı Şəbva vilayətində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə ballistik raketlərlə hücum edilib. Nəticədə azı 20 hərbiçi həlak olub, 20-dən çox hərbiçi yaralanıb. Associated Press-ə istinadən xəbər verir ki, hücum oktyabrın 19-da Əl-Ələm hərbi düşərgəsinə qarşı həyata keçirilib. Yəmə
19 oktyabrRumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu
Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç
19 oktyabr