Mariya Şarapova Bakıya gəlir

Mariya Şarapova Bakıya gəlirMəşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək.

Sonxeber.az xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək.

Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktoru Mo Qavdat, "Nike" şirkətinin keçmiş baş marketinq direktoru Qreq Hoffman və iqtisadiyyat üzrə 2025-ci il Nobel mükafatı laureatı Coel Mokir spiker qismində çıxış edəcəklər.

Xatırladaq ki, Mariya Şarapova karyerası ərzində beş dəfə "Böyük Dəbilqə" turnirlərinin qalibi olub. Beynəlxalq turnirlərdə Rusiyanı təmsil edən tennisçi WTA turnirlərinin 34 qat qalibi, 2012-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı olub. İdmançı 21 həftə ərzində dünya reytinqinin birinci pilləsində qərarlaşıb

O, 2025-ci ildə "International Tennis Hall of Fame"ə daxil edilib. İdman karyerasını başa vurduqdan sonra sahibkarlıq və investisiya fəaliyyəti ilə məşğul olan Şarapova "Moncler" şirkətinin direktorlar şurasının üzvüdür. O, həmçinin "The New York Times"ın bestseller siyahısına daxil edilmiş kitabın müəllifidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 231   Tarix: 21 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr
.

Toyda iylənmiş ət verilən "Çıraq Palace"da yoxlama - Video

Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib. "Qafqazinfo" xəbər verir ki, yoxlama Bakı şəhəri

20 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay

21 oktyabr
.

Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"

İstanbulda müşahidə olunan güclü leysan yağışları sel, daşqın və şəhərdaxili su basmaları riskini yenidən gündəmə gətirib. Azərbaycanda da intensiv yağıntılar çaylarda suyun səviyyəsinin artmasına, dağlıq ərazilərdə sel hadisələrinə və şəhərlərdə infrastrukturla bağlı problemlərə səbəb ola bilər. Bel

20 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

Şəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskində

20 oktyabr
.

Uşaq bağçaları ilə bağlı XƏBƏRDARLIQ: Bu qaydalar gözlənilməlidir

Uşaq bağçalarında qida təhlükəsizliyinin təmin olunması uşaqların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qidaların keyfiyyəti, saxlanma və hazırlanma şəraiti, eləcə də uşaqların qidalanmasına nəzarət mümkün zəhərlənmə hallarının qarşısının alınmasında mühüm rol oynayır. Uşaqlard

20 oktyabr
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19 oktyabr