Çin Tayvan ətrafında nəzarəti gücləndirir - Müharibə təhlükəsi artır?
Çinlə Tayvan arasında gərginlik yeni mərhələyə qədəm qoyur. Pekinin Tayvanın nəzarətində olan Pratas adaları ətrafında sahil mühafizə qüvvələrinin fəaliyyətini artırması tərəflər arasında qarşıdurma riskini yenidən gündəmə gətirib. Çin hakimiyyəti bu addımları dənizdə nizam-intizamın qorunması ilə izah etsə də, Tayvan tərəfi Pekinin ada ətrafındakı sularda faktiki nəzarət yaratmağa çalışdığını bildirir. Tayvanın məlumatına görə, oktyabrın 19-dan etibarən Çin sahil mühafizəsinin gəmiləri adalara yaxınlaşıb.
Pekin isə Pratas adaları və ətraf sular üzərində suverenlik iddiasını davam etdirir. Oktyabrın 20-dək olan 24 saat ərzində Tayvan Müdafiə Nazirliyi Çin hərbi aviasiyasının 29 uçuşunu, altı hərbi gəmini və doqquz rəsmi gəmini qeydə aldığını açıqlayıb. Belə bir şəraitdə Çin-Tayvan münasibətlərində mümkün hərbi eskalasiya, ABŞ-ın regiondakı mövqeyi və mübahisəli dəniz ərazilərində baş verə biləcək hadisələr beynəlxalq diqqət mərkəzində qalır.
Mövzu ilə bağlı politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, Çin Tayvan problemini daim öz gündəliyində saxlayıb və strategiyasının prioritetlərindən hesab edir, eyni zamanda bunu gizlətməyi də lazım bilmir. Daim müxtəlif variantlarda hər yaranmış fürsətdən bu istiqamətdə təzyiq metodlarından istifadə etməkdən imtina etmir.
Lakin indiki şəraitdə Çinin Tayvan uğrunda hərbi əməliyyatlara başlaması Rusiyanın Ukraynada və ABŞ-nin Fars körfəzində uğursuzluğa uğramaları kimi bir növü ABŞ-nin karına gələ bilər. Hazırda təmkinlə superdövlət statusuna yüksəlmiş Çin Xalq Respublikası məncə daha təmkinlə uyğun vaxtda Tayvan problemini həll etmək yoluna üstünlük versə Rusiya və ABŞ kimi problem bataqlığına girməz.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda yağ kəskin bahalaşdı
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi