Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesində şəffaflığın təmin edilməsi, müraciətlərin qanunvericiliyə uyğun qiymətləndirilməsi və vətəndaşlar üçün bərabər imkanların yaradılması da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu mexanizmin tətbiqi torpağa olan tələbə və bazar qiymətlərinə mümkün təsirləri baxımından da müzakirə olunur.
Bəs, Azərbaycanda hansı vətəndaşlar və hansı şərtlərlə pulsuz torpaq sahəsi əldə edə bilərlər, bu prosesdə şəffaflıq və bərabər imkanlar necə təmin olunur və torpaqların ödənişsiz ayrılması daşınmaz əmlak bazarına, xüsusilə torpaq qiymətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, vətəndaşlara pulsuz torpaq sahələrinin verilməsi əsasən şəhid ailələri, qazilər, müharibə əlilləri, ehtiyatda olan hərbi qulluqçular və digər imtiyazlı kateqoriyalara aid şəxsləri əhatə edə bilər. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış çərçivəsində məskunlaşan əhali, həmin ərazilərdə fəaliyyətə başlayan gənc mütəxəssislər və sərhədyanı ərazilərdə çalışan mütəxəssislər də bu hüquqdan yararlana bilərlər. Fermer ailələri və aqrar sahədə fəaliyyət göstərən təsərrüfatlar üçün də belə bir imkanın nəzərdə tutulması mümkün variantlardan biri ola bilər.
"Bu yanaşma dövlətin humanist siyasətinin, ölkənin müdafiəsi və inkişafı naminə çalışan vətəndaşlara göstərilən qayğının təzahürüdür. Bununla belə, torpaq sahələrinin ayrılması zamanı şəffaflığın təmin edilməsi üçün ictimai nəzarət və monitorinq mexanizmlərinin yaradılması vacibdir. Çünki torpaq ayrılması ilə bağlı məsələlərdə bələdiyyələrin və müvafiq icra qurumlarının fəaliyyəti zaman-zaman mübahisələrə səbəb olub. Bu baxımdan, prosesin ictimai nəzarət altında həyata keçirilməsi və müvafiq komissiyaların fəaliyyətinin təmin olunması əhəmiyyət daşıyır".
Ekspert bildirib ki, pulsuz torpaq sahələrinin verilməsi mənzil və torpaq bazarına, xüsusilə də qiymətlərə müəyyən təsir göstərə bilər:
Müvafiq kateqoriyalara aid şəxslərin torpaq sahələri ilə təmin olunması onların bazardakı alıcılar sırasından müəyyən qədər çıxmasına səbəb ola bilər. Bu isə tələbə və nəticə etibarilə qiymətlərə təsir edə bilər. Düzdür, bu kateqoriyaların bazardakı payı çox böyük olmaya bilər. Lakin onların pulsuz torpaqla təmin edilməsi torpaq qiymətlərinin artımına olan təzyiqi müəyyən qədər azalda və artım dinamikasını tənzimləyə bilər. Bu, torpaq və mənzil qiymətlərinin mütləq ucuzlaşacağı demək deyil. Sadəcə, tələbin müəyyən qədər azalması nəticəsində qiymət artımının sürətinin aşağı düşməsi və bazarda sabitləşmə ehtimalı yarana bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Azərbaycanda yağ kəskin bahalaşdı
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi