"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
15:40
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağa qarşı zorakılıq halları qeydə alınıb.
Oxu.Az Bakues.az-a istinadən xəbər verir ki, bu barədə uşağın yaxını Ramin Balayev məlumat verib.
Şikayətçinin sözlərinə görə, sözügedən Mərkəzdə inkişafı və reabilitasiyası üçün həvalə edilən autizm spektrli 2 yaşlı uşaq ağır fiziki şiddətə və zorakılığa məruz qalıb. Bərpa olunmaq, inkişaf etmək əvəzinə uşağın üzünə və başına zərbələr endirilib, ona ağır psixoloji travma yaşadılıb.
Şikayətçinin təqdim etdiyi təhlükəsizlik kamerası görüntülərində müəssisə əməkdaşının 2 yaşlı köməksiz uşağın başından və üzündən vurması, uşağın isə dözülməz ağrı və qorxudan dayanmadan ağlaması əks olunub.
Uşağın yaxınları hadisədən sonra azyaşlıda dərin psixoloji travmanın yarandığını, onun daha da qapandığını və qorxu içində olduğunu bildirirlər.
Ailə günahkarların qanun qarşısında cavab verməsini tələb edirlər.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, faktla bağlı polis tərəfindən araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 255 Tarix: 21 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabrMəleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış
"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr
20 oktyabrSabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
21 oktyabrMasazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira
21 oktyabrZəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycan hərbçisi Nəsimi Musayevin Zəngəzurda saxlanılma anına dair kadrlar yayılıb. xəbər verir ki, müvafiq kadrları Ermənistanın nəşri tirajlayıb. Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzuru
20 oktyabr