Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlirBankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətraflı yoxlanılması kredit əldə etmək şərtlərini dəyişə bilər. Bu prosesin kredit faizlərinə, müraciətlərin təsdiqlənmə səviyyəsinə və banklardan kredit ala bilməyən şəxslərin bank olmayan kredit təşkilatlarına üz tutmasına necə təsir edəcəyi də maraq doğurur.

Bəs, kreditvermə qaydalarındakı dəyişikliklər vətəndaşların kredit əldə etmək imkanlarına necə təsir edəcək? Yeni tələblər kredit müraciətlərinin təsdiqinə, faiz dərəcələrinə və bank olmayan kredit təşkilatlarına tələbin artmasına səbəb ola bilərmi?
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlirMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Əkrəm Həsənov bildirib ki, Mərkəzi Bankın kreditləşmə qaydalarında nəzərdə tutulan dəyişikliklərdən biri zaminlərlə bağlıdır.

"Yeni yanaşmaya əsasən, zaminin mövcud borc öhdəlikləri onun gəlirinin 70 faizinə çatırsa, həmin şəxs zamin kimi qəbul edilməyə bilər. Məsələn, aylıq gəliri 1000 manat olan şəxsin 700 manat borc ödənişi varsa, onun zamin olması məhdudlaşdırıla bilər. Bu yanaşmanın məqsədi şəxslərin həddindən artıq borclanmasının qarşısını almaqdır. Çünki zamin olduğu şəxsin krediti ödəyə bilmədiyi halda, öhdəlik zaminin üzərinə düşür. Bu dəyişiklik zamin ola biləcək şəxslərin dairəsini müəyyən qədər daralda bilər. Bununla belə, banklar indiyədək də zaminlərin gəlirlərini və mövcud borc öhdəliklərini nəzərə alırdılar. Bəzi hallarda güzəştlər tətbiq olunsa da, Mərkəzi Bankın yeni qaydaları bu məsələyə əlavə məhdudiyyətlər gətirir. Buna görə də həmin dəyişikliyin kredit bazarına təsirinin çox böyük olacağını düşünmürəm".

Ekspert bildirib ki, kreditləşməyə daha ciddi təsir göstərə biləcək dəyişiklik isə gəlirlərin qiymətləndirilməsi ilə bağlıdır:

"Yeni yanaşmaya əsasən, şəxsin rəsmi gəliri olduğu halda, kredit verilərkən onun qeyri-rəsmi gəlirləri nəzərə alınmayacaq. Məsələn, məktəbdə müəllim işləyən şəxsin aylıq rəsmi maaşı 1000-1500 manatdırsa, bank əvvəllər onun repetitorluq fəaliyyətindən də gəlir əldə edə biləcəyini ehtimal edərək daha yüksək məbləğdə kredit verə bilərdi. Xüsusilə uzun illər təcrübəsi olan müəllimlərin əlavə gəlirlərinin də nəzərə alınması halları mövcud idi. Yeni qaydalara əsasən isə rəsmi gəliri olan şəxsin kredit qabiliyyəti əsasən həmin gəlir əsasında qiymətləndiriləcək. Qeyri-rəsmi gəlirlərin nəzərə alınması isə ümumiyyətlə rəsmi gəliri olmayan şəxslərlə bağlı proqnozlaşdırma zamanı mümkün ola bilər. Bu dəyişikliklər nəticə etibarilə bəzi şəxslərə verilən kreditlərin məbləğinin azalmasına səbəb ola bilər. Əsas məqsəd isə problemli kreditlərin artmasının qarşısını almaqdır. Bu baxımdan, qaydaların tətbiqinin məqsədini başa düşmək mümkündür".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 295   Tarix: 22 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Sabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)

Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub

21 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr