Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQTəcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətli dərəcədə artıra bilər. Buna görə də kredit götürməzdən əvvəl müqavilənin şərtlərini diqqətlə araşdırmaq, ümumi geri ödəniş məbləğini hesablamaq və şəxsi büdcəyə uyğunluğunu qiymətləndirmək vacibdir.

Bəs, vətəndaşlar BOKT-lardan kredit götürərkən hansı məqamlara diqqət yetirməlidirlər? Faizlər, komissiyalar və gecikmə cərimələri nəzərə alınmaqla kreditin sərfəli və təhlükəsiz olub-olmadığını necə müəyyənləşdirmək olar?
Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, bank olmayan kredit təşkilatları (BOKT) vəsaitləri banklarla müqayisədə daha baha cəlb etdiklərinə görə, onların təqdim etdiyi kreditlər üzrə faiz dərəcələri də adətən yüksək olur.

"Məsələn, banklarda kredit faizləri 9-10 faizdən başlaya bildiyi halda, təminatsız istehlak kreditləri üzrə BOKT-larda bu göstərici 22-30, hətta 32 faizə çata bilər. Burada əsas amil BOKT-ların cəlb etdikləri vəsaitlərin maya dəyəridir. Bankların maliyyə imkanları daha genişdir və onlar əhalidən depozit qəbul edə bilirlər. Bu da kredit vermək üçün istifadə olunan vəsaitlərin maya dəyərinin nisbətən aşağı olmasına şərait yaradır. BOKT-lar isə depozit qəbul edə bilmədikləri üçün vəsaitləri əsasən banklardan, digər qurumlardan və xarici maliyyə mənbələrindən cəlb edirlər. Vəsaitləri daha baha əldə etdiklərinə görə, xərclərini qarşılamaq və gəlirlilik marjasını qorumaq məqsədilə kredit faizlərini banklarla müqayisədə yüksək müəyyən edə bilirlər".

Ekspert bildirib ki, kredit götürərkən vətəndaşlar ilk növbədə müqavilədə göstərilən faiz dərəcəsinə və faktiki illik faiz dərəcəsinə diqqət yetirməlidirlər:

"Bununla yanaşı, kreditin vaxtından əvvəl bağlanması zamanı əlavə faiz və ya digər ödənişlərin tutulub-tutulmadığını, komissiyaların məbləğini və ödəniş qaydalarını dəqiqləşdirmək vacibdir. Gecikmə cərimələrinin hansı məbləğdə hesablandığı və gecikmənin neçənci günündən tətbiq edildiyi də əvvəlcədən öyrənilməlidir. Ümumiyyətlə, müqavilənin bütün şərtləri oxunmalı və yalnız bundan sonra imzalanmalıdır. Kreditin sərfəli olub-olmadığını müəyyənləşdirmək üçün müxtəlif bankların və BOKT-ların rəsmi internet səhifələrindəki təklifləri müqayisə etmək olar. Bir çox hallarda kredit kalkulyatorları vasitəsilə aylıq ödənişlərin məbləğini hesablamaq, faiz dərəcələri və komissiyalar barədə məlumat əldə etmək mümkündür. Vətəndaşlar bu məlumatları müqayisə etdikdən sonra öz gəlirlərinə və ödəmə imkanlarına uyğun kredit seçə bilərlər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 304   Tarix: 22 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr