Ərdoğanın zəngindən sonra nələr dəyişəcək? - Ekspertdən AÇIQLAMA

Ərdoğanın zəngindən sonra nələr dəyişəcək? - Ekspertdən AÇIQLAMA"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi iki ölkə arasında yaranmış narazılıqların aradan qaldırılması baxımından əhəmiyyətli ola bilər. Əslində, belə bir zəngin və ya görüşün baş tutması gözlənilən idi. Təmasın Türk Dövlətləri Təşkilatının oktyabrın son günlərində keçiriləcək zirvə toplantısına qədər reallaşması müsbət addımdır. Çünki sammitə qədər iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına ehtiyac var idi".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.
Ərdoğanın zəngindən sonra nələr dəyişəcək? - Ekspertdən AÇIQLAMA"Türkiyə-Azərbaycan münasibətləri yalnız iki ölkə üçün deyil, Türk Dövlətləri Təşkilatı üçün də böyük əhəmiyyət daşıyır. Azərbaycanla Türkiyə arasında normal münasibətlər olmazsa, təşkilatın bütövlükdə struktur kimi inkişaf etməsi çətinləşə bilər. Son hadisələr fonunda bunun ilk əlamətlərini də gördük. Bakıda keçirilən AQEM konfransında Hakan Fidanın zalı tərk etməsindən sonra Mərkəzi Asiyanın dörd türk dövlətinin nümayəndələrinin tədbirdə qalması müəyyən nəticələr çıxarmağa əsas verir. Bu, Azərbaycan-Türkiyə münasibətlərində gərginlik davam edərsə, Türk Dövlətləri Təşkilatında birliyin təhlükə altına düşə biləcəyini göstərir. Belə vəziyyətdə Mərkəzi Asiya ölkələrinin fəaliyyətlərini daha çox Azərbaycanla əlaqələndirməyə çalışmaları da mümkündür.

Ərdoğanın telefon zəngindən sonra iki ölkə arasında münasibətlərin əvvəlki mərhələyə qayıtması ehtimalı artıb. Bununla belə, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin təkrarlanmayacağına təminat verilməlidir. Çünki əvvəlcə Türkiyənin sosial şəbəkə seqmentində Azərbaycana müdaxilə cəhdlərinin şahidi olduq, daha sonra isə rəsmi strukturlar səviyyəsində də bəzi zərərli addımlar müşahidə edildi. Hətta Prezident Ərdoğanın yaxın çevrəsində olan şəxslər də Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd göstərdilər.

Telefon danışığından sonra bu cür müdaxilə cəhdlərinin dayanacağını ehtimal etmək olar. Lakin burada üç vacib məqam var. Birincisi, Türkiyədə hakimiyyətdə, xüsusilə Ərdoğanın yaxın çevrəsində və rəsmi strukturlarda təmsil olunan şəxslərin Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri təkrarlanmamalıdır. İkincisi, indiyədək baş vermiş müdaxilə cəhdlərinə münasibətdə müvafiq qiymətləndirici reaksiyalar verilməlidir. Üçüncüsü isə Türkiyə hakimiyyəti sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycana qarşı bu cür hücumların səngidilməsi istiqamətində nəzarəti gücləndirməlidir.

Əgər bu üç istiqamətdə addımlar atılarsa, Türkiyə-Azərbaycan münasibətlərinin əvvəlki səviyyəyə qayıtması ehtimalı daha real görünəcək. Hər halda, proseslərin necə inkişaf edəcəyini zaman göstərəcək".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 338   Tarix: 22 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çin Tayvan ətrafında nəzarəti gücləndirir - Müharibə təhlükəsi artır?

Çinlə Tayvan arasında gərginlik yeni mərhələyə qədəm qoyur. Pekinin Tayvanın nəzarətində olan Pratas adaları ətrafında sahil mühafizə qüvvələrinin fəaliyyətini artırması tərəflər arasında qarşıdurma riskini yenidən gündəmə gətirib. Çin hakimiyyəti bu addımları dənizdə nizam-intizamın qorunması ilə iza

21 oktyabr
.

"Bu məsələdə ən vacib məqam Türkiyə dövlətini və türk xalqını konkret siyasi hakimiyyətdən ayırmaqdır" - Aydın Hüseynov

Azərbaycan-Türkiyə münasibətləri adi diplomatik əlaqələr çərçivəsinə sığmayan, tarixi qardaşlığa, ortaq milli maraqlara, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanan münasibətlərdir. Bu əlaqələrin gücü yalnız iki dövlətin rəhbərləri arasında siyasi dialoqla ölçülmür. Onun təməlində Azərbayca

19 oktyabr
.

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyətinə təsir göstərən əsas amillərdən biri təşkilata üzv dövlətlər arasında mövcud olan ciddi siyasi ziddiyyətlər və fikir ayrılıqlarıdır. Hindistan-Pakistan, İran-İsrail münasibətləri bu baxımdan səciyyəvi nümunələrdir

19 oktyabr
.

Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır

Azərbaycanda Qarabağ Milli Parkı yaradılır. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənəd xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, işğaldan azad edilmiş ərazilərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasını

20 oktyabr
.

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsini

20 oktyabr
.

Prezident bu sazişi təsdiq etdi

"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, sentyabrı

21 oktyabr
.

Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi

Prezident İlham Əliyevin sərəncamı ilə Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. Anar Bayramovun dosyesini təqdim edir:. Anar Bayramov 1975-ci ildə anadan olub. Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetlərini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur

19 oktyabr
.

"Demokratlar bu seçkilərə Trampın siyasətinə qarşı ictimai narazılığı siyasi nəticəyə çevirmək fürsəti kimi yanaşırlar" - BƏHRUZ QULİYEV

"ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilər təkcə Konqresdəki siyasi qüvvələr nisbətini müəyyənləşdirməyəcək, həm də Donald Tramp administrasiyasının növbəti iki ildə hansı imkanlarla fəaliyyət göstərəcəyinə ciddi təsir edəcək. Demokratlar bu seçkilərə Trampın siyasətinə qarşı ictimai narazılığ

19 oktyabr
.

"Böyük qayıdış" Zəngilandan başladı

Vətənimizin bütövlüyünün təmin edilməsi XX əsrin sonlarında tarixinə vurulan ağır zərbələrdən sonra onun xarici və daxili siyasətinin başlıca meyarı olmuşdu. Məhz bu istiqamət üzrə 2016-cı ilin aprel döyüşləri və 2020-ci il iyul hərbi əməliyyatları bir qığılcım rolu oynamışdır. Bu həqiqətlərin tarix

17 oktyabr