Qubadlı şəhərinin azad edilməsi qələbəmizi yaxınlaşdırdı

Qubadlı şəhərinin azad edilməsi qələbəmizi yaxınlaşdırdıUzun zaman torpaqlarımızı işğal altında saxlayan Ermənistanın qəbulolunmaz hərəkətləri, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozması regionda müharibə ilə nəticələndi. Ermənistanın qeyri-konstruktiv mövqeyi, sülh imitasiyaları aydın şəkildə onun göstəricisi idi ki, işğalçı ölkə barış istəmir. Ermənistanın Tovuz təxribatı, ardınca təmas xətti boyunca mövqelərimizə hücum etməsi və ordumuzun cavab tədbirləri dünyaya xalqımızın əzminin, qüdrətinin və qəhrəmanlığının təsdiqi olan İkinci Qarabağ savaşının başlanması ilə sonuclandı. Cəbhə boyu bütün istiqamətlərdə ağır məğlubiyyətlə üzləşən işğalçı ölkənin ordusu xalq və lider birliyinin rəmzinə çevrilmiş "Dəmir yumruğ"un zərbəsi altında məhv edildi. İşğal altında olan ərazilərimiz ardıcıl olaraq azad olundu.

Bu fikirləri Sonxeber.az-a açıqlamasında pedaqogika üzrə fəlsəfə doktoru Gülər Baxışova bildirib.

2020-ci ilin 25 oktyabrında Qubadlının düşməndən azad olunması növbəti qələbə kimi xalqımıza böyük sevinc və xoşbəxtlik bəxş etdi.
Qalib ölkənin qalib lideri Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.

1988-ci ildən başlayaraq Qubadlı rayonuna ermənilər tərəfindən aramsız təcavüzkar hücumlar başlanmış, dinc əhali tеrrora məruz qalmış və düşmən ölkə sistemli şəkildə insanlıq əleyhinə olan fəaliyyətini davam еtdirmişdir. Bunun nəticəsi olaraq 1993-cü il avqustun 31-də rayon dünyanın gözü qarşısında ermənilər tərəfindən tamamilə işğal olundu. İşğal nəticəsində 29997 nəfər qubadlılı doğma yurdundan didərgin düşərək, respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. İşğal dövründə Qubadlı düşmən tərəfindən tamamilə dağıdılaraq xarabalığa çevrilmiş, istismara məruz qalmışdır. Bununla yanaşı, işğal dövründə Qubadlı rayonu ərzisində Ermənistan tərəfindən gömrük qaydalarına zidd olaraq narkotik, psixotrop maddələrin və dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsi halları danılmaz fakt kimi ortadadır. Bu baxımdan işğaldan sonra Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postunun yaradılması zərurət idi.

Prezident İlham Əliyevin komandanlığı ilə xüsusi peşəkarlıq və fədakarlıqla Azərbaycan Ordusu tərəfindən azad olunan Qubadlı yeni inkişaf dövrünə başlayıb, rayonun gələcək inkişafı ilə bağlı ciddi işlər görülür, mühüm infrastruktur layihələri gerçəkləşdirilir. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafına töhfələr verəcək Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır.

Bundan başqa Prezident İlham Əliyevin yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncamına əsasən, Xudafərin‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı‒Laçın avtomobil yolunun tikintisi həyata keçiriləcək.

Uzun müddət yad adamların əhatəsində insanlıq, bəşər əleyhinə cinayətlərə şahidlik edən, ərazisində narkotiklərin qanunsuz dövriyyəsi həyata keçirilən Qubadlıda bu gün bu torpağın sahibləri halal zəhməti ilə yeni şəhər qurur, qəsəbə, kəndlər salır, quruculuq, infrastruktur layihələri həyata keçirirlər.

Bu gün Qubadlıda varlığımızın təsdiqi olan Azərbaycan bayrağı dalğalanır və xalqımız Qubadlı şəhər gününü böyük sevinc və qürurla qeyd edir. Boz atın belində Bərgüşad, Həkəri boyunca Azərbaycan igidləri şahə qalxır, qurub- yaradır və tarixi yurd yerinin təhlükəsizliyini qoruyurlar. Bu xoşbəxtliyi yaşayan xalq əmindir ki, bir daha bu torpaqlara yağı ayağı dəyməyəcək.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 277   Tarix: 22 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azad və çiçəklənən Qubadlı

Altı il bundan əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial-siyasi islahatlar apararaq, beynəlxalq hüquq

22 oktyabr
.

Türkiyə dövləti və xalqı deyil, AKP hakimiyyəti hədəfdədir: Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq istəyənlərin məqsədi nədir?

Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi qüvvələrin, dini-ideoloji qrupların və gündəlik siyasi maraqların fövqündə dayanan strateji tərəfdaşlıqdır. Bu münasibətlər tarixi qardaşlığa, ortaq maraqlara, qarşılıqlı etimada və iki dövlətin müstəqil siyasi iradəsinə əsaslanır. Məhz buna görə də Türkiyədək

19 oktyabr
.

"Məsələ Avropanın güclənməsi deyil, bu gücün hansı istiqamətdə formalaşdırılmasıdır" - BƏHRUZ QULİYEV

"Avropa İttifaqının müdafiə və təhlükəsizlik sahəsində ABŞ-dan asılılığını azaltmaq istiqamətində atdığı addımlar müasir beynəlxalq münasibətlərin əsas geosiyasi məsələlərindən birinə çevrilib. Brüsseldə keçirilən sammitdə müdafiə, təhlükəsizlik və Ukraynaya dəstək məsələlərinin müzakirəsi də b

22 oktyabr
.

Anar Bayramov nazir təyin olundu - Sərəncam

Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov bu təyinata qədər TƏBİB-in icraçı direktoru olub

19 oktyabr
.

Yardımlıya icra başçısı təyin olundu - Sərəncam

Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Yardımlı RİH başçısı Ayaz Əsgərov bu ilin sentyabrında vəzifəsindən azad olunmuşdu. O, 2016-cı ildən sözügedə

22 oktyabr
.

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin birinci xanımı Bricit Makronun qadın diplomatlarla görüşündə iştirak edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı L.Abdullayeva "X" hesabında paylaşıb. Onun sözlərinə görə, nahar formatında təşkil edilən görü

21 oktyabr
.

Ərdoğan İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyi

21 oktyabr
.

Zəngilan Şəhəri Günü: Azad torpaqlarda qurulan yeni həyat

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar milli yaddaşımızda əbədi yaşayır, xalqımızın birliyini, iradəsini, vətən sevgisini və azadlıq əzmini təcəssüm etdirir. 20 Oktyabr - Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyünü

19 oktyabr
.

"Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video

"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu". xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir. Bildirilir ki, Azərbaycan il

18 oktyabr