"Məsələ Avropanın güclənməsi deyil, bu gücün hansı istiqamətdə formalaşdırılmasıdır" - BƏHRUZ QULİYEV
"Avropa İttifaqının müdafiə və təhlükəsizlik sahəsində ABŞ-dan asılılığını azaltmaq istiqamətində atdığı addımlar müasir beynəlxalq münasibətlərin əsas geosiyasi məsələlərindən birinə çevrilib. Brüsseldə keçirilən sammitdə müdafiə, təhlükəsizlik və Ukraynaya dəstək məsələlərinin müzakirəsi də bu reallığın göstəricisidir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, Avropanın öz müdafiə potensialını gücləndirmək istəyi tamamilə başadüşüləndir. Çünki heç bir dövlət və ya siyasi birlik öz təhlükəsizliyini uzun müddət başqa bir güc mərkəzinin siyasi iradəsindən asılı vəziyyətdə saxlamaq istəməz. ABŞ-da administrasiyanın dəyişməsi, Vaşinqtonun xarici siyasət prioritetlərinin yenilənməsi və Avropa ölkələrindən daha böyük hərbi məsuliyyət tələb edilməsi Avropanı strateji müstəqillik haqqında daha ciddi düşünməyə vadar edir.
Lakin burada əsas məsələ Avropanın güclənməsi deyil, bu gücün hansı istiqamətdə formalaşdırılmasıdır. Əgər Avropa İttifaqı müdafiə sənayesini inkişaf etdirir, hərbi texnologiyalara sərmayə qoyur, silah istehsalını genişləndirir və NATO daxilində daha böyük məsuliyyət daşıyırsa, bu, bütövlükdə alyansın imkanlarını artıra bilər.
Amma Avropa özünü ABŞ-dan tamamilə ayrı təhlükəsizlik mərkəzi kimi formalaşdırmağa çalışarsa, hərbi planlaşdırma və strateji qərarlar üzrə fikir ayrılıqları dərinləşə bilər. Bu isə NATO daxilində koordinasiyanın zəifləməsi və Qərbin vahid təhlükəsizlik mövqeyinin sarsılması riskini yaradar.
"Hesab edirəm ki, digər mühüm məqam ondan ibarətdir ki, Avropanın müdafiə müstəqilliyi yalnız maliyyə və silah istehsalı ilə təmin olunmur. Kəşfiyyat, hərbi logistika, hava hücumundan müdafiə, strateji nəqliyyat və nüvə çəkindirməsi kimi sahələrdə mövcud asılılıqların aradan qaldırılması uzunmüddətli və ciddi resurslar tələb edir.
Mənim qənaətim budur ki, Avropanın məqsədi NATO-ya alternativ yaratmaq deyil, alyans daxilində daha güclü tərəfdaşa çevrilmək olmalıdır. Çünki müasir dünyada təhlükəsizlik ayrı-ayrı dövlətlərin imkanları ilə yanaşı, onların birgə fəaliyyətindən də asılıdır.
Əsl strateji müstəqillik müttəfiqlərdən imtina etmək deyil, müttəfiqlik münasibətlərində daha güclü mövqeyə sahib olmaqdır. Avropa bu tarazlığı qoruya bilsə, onun müdafiə potensialının artması NATO-nu zəiflətməyəcək, əksinə, alyansın daha dayanıqlı və məsuliyyətli təhlükəsizlik sisteminə çevrilməsinə xidmət edəcək." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 198 Tarix: 22 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qubadlı şəhərinin azad edilməsi qələbəmizi yaxınlaşdırdı
Uzun zaman torpaqlarımızı işğal altında saxlayan Ermənistanın qəbulolunmaz hərəkətləri, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozması regionda müharibə ilə nəticələndi. Ermənistanın qeyri-konstruktiv mövqeyi, sülh imitasiyaları aydın şəkildə onun göstəricisi idi ki, işğalçı ölkə barış istəmir
22 oktyabrAzərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi
Vandal düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində Xudafərin körpüləri, Şıxlar və Xubyarlı kəndlərindəki türbələr, "Divlər Sarayı" mağarası, Sultan Məcid hamamı, Qız qalası, Şərifan abidələri və digər zəngin mədəni irsi, tarixi abidələri ilə tanınan Zəngilan rayonunun sakinlərinin həyat
17 oktyabrFransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin birinci xanımı Bricit Makronun qadın diplomatlarla görüşündə iştirak edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı L.Abdullayeva "X" hesabında paylaşıb. Onun sözlərinə görə, nahar formatında təşkil edilən görü
21 oktyabrŞimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
Oktyabrın 21-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət
21 oktyabrPrezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat
Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Teymur Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib
19 oktyabrPrezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu" təsdiq edilib. AZƏRTAC-a istinadə
20 oktyabrÇin Tayvan ətrafında nəzarəti gücləndirir - Müharibə təhlükəsi artır?
Çinlə Tayvan arasında gərginlik yeni mərhələyə qədəm qoyur. Pekinin Tayvanın nəzarətində olan Pratas adaları ətrafında sahil mühafizə qüvvələrinin fəaliyyətini artırması tərəflər arasında qarşıdurma riskini yenidən gündəmə gətirib. Çin hakimiyyəti bu addımları dənizdə nizam-intizamın qorunması ilə iza
21 oktyabrXarici şirkətlər Zəngilanın bərpasında iştirak edir
Araz, Oxçuçay, Bəsitçay və Həkəri çaylarının ərazisindən keçdiyi stratei əhəmiyyətli, ərazisində bir sıra faydalı qazıntıların olduğu Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da 730 kvadrat kilometr sahəsi olan rayonun 1 şəhər, 5 qəsəb
17 oktyabr