Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı

Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı"Spotify" platforması aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi çox süni intellektlə yaradılmış 50 milyondan çox musiqini tövsiyə sistemindən çıxarıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu addımları həqiqi sənətçilərin əsərlərini ön plana çıxarmaq və keyfiyyətsiz məzmunun yayılmasını məhdudlaşdırmaq məqsədilə atıb.

Belə ki, qaydaları pozan 75 milyondan çox spam xarakterli musiqi platformadan silinib.

Platforma süni intellektlə yaradılan məzmunları müəyyənləşdirmək üçün dinləyici rəylərini, yükləmə vərdişlərini və xüsusi aşkarlama vasitələrini nəzərə alırb.

"Spotify"dən bildirilib ki, dinləyicilərin keçdiyi, dinləmədiyi və ya dinləmək istəmədiyini bildirdiyi musiqi əsərləri araşdırılıb. Nəticədə həmin məzmunların əhəmiyyətli hissəsinin aşağıkeyfiyyətli süni intellekt məhsulu və ya spam olduğu müəyyən edilib. Son altı ay ərzində tövsiyə sistemində aparılan yeniliklərlə bu cür məzmunların yayılması məhdudlaşdırılıb, həqiqi sənətçilərin əsərlərinə daha çox yer ayrılması hədəflənib. "Spotify" sənətçilərin hüquqlarını qorumaq və dinləyicilərin musiqilərin hazırlanma prosesi barədə məlumat əldə etməsini təmin etmək məqsədilə son bir ildə müxtəlif alətləri istifadəyə verib.

Bu çərçivədə aprel ayında sənətçilərə süni intellektdən hansı işlərdə və musiqi alətlərində istifadə olunduğunu açıqlamağa imkan verən "AI Credits" funksiyası istifadəyə təqdim edilib. Şirkətin məlumatına görə, sənətçilər hər gün 10 minlərlə belə məlumat göndərirlər.

Açıqlamada 300 mindən çox sənətçinin platformada təsdiqləndiyi bildirilib. Onların "Spotify"da dinləyicilərin axtardığı sənətçi adlarının 99 faizindən çoxunu təmsil etdiyi, təsdiqlənmiş sənətçilərin isə 70 faizdən çoxunun müstəqil musiqiçilər olduğu qeyd edilib.

Süni intellektlə yaradıldığı ehtimal edilən sənətçi profillərini göstərən "AI Persona" etiketləri də minlərlə profildə tətbiq olunur. Bu profillər, dinləyicilərin izlədiyi sənətçilər kimi müəyyən istisnalar xaricində, standart olaraq redaksiya və alqoritmik tövsiyələrə daxil edilmir.

"Spotify" 2024-cü ildən tətbiq etdiyi müəllif hüquqları gəliri ilə bağlı minimum həddi də xatırladıb. Müəllif hüququ gəliri əldə etmək üçün musiqinin ən azı 1000 dəfə dinlənilməsi tələbi qüvvədə qalır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 146   Tarix: 22 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ölkənin dövlət borcu yeni rekord həddə çatıb

ABŞ Maliyyə Nazirliyinin məlumatlarına görə, ABŞ-ın milli borcu rekord həddə - 40 trilyon dollara çatdıqdan sonra iki ayda təxminən 400 milyard dollar artıb. xəbər verir ki, ABŞ-ın milli borcu 40 trilyon dollar həddini keçib və oktyabrın əvvəlində bu məbləğə daha dörddə bir trilyon əlavə olunub. Xəzinədarlığı

21 oktyabr
.

Bu ölkədə iğtişaşların vurduğu ziyan 1 milyard avronu keçdi

Fransadakı kütləvi iğtişaşlar sığorta şirkətləri üçün etirazların yaratdığı ən bahalı hadisələrdən birinə çevrilə bilər. xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat verib. Morningstar DBRS analitiklərinin fikrincə, sığortaçıların məruz qaldığı itkilər 1,2 milyard avroya çata bilər. Əgə

21 oktyabr
.

Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı

Rusiyanın Kalininqrad vilayətində "Su-30SM" tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb. Bizim.Media xəbər verir ki, qəza Kalininqrad vilayətinin Çernyaxovsk rayonunda baş verib. Hər iki pilot katapult etməyə imkan tapıb. Müxtəlif xəsarətlər alan pilotlar hərbi hospitala yerləşdirilib. Sosia

21 oktyabr
.

Belçikada həmkarlar ittifaqları irimiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır

Belçikanın üç əsas həmkarlar ittifaqı - "Ümumi Əmək Federasiyası", Xristian Həmkarlar İttifaqları Konfederasiyası və "Synova" noyabrın 23-də Brüsseldə irimiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Onla

22 oktyabr
.

Paşinyan növbədənkənar seçkiləri istisna etmir

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etməyib. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında danışıb. Onun sözlərinə görə, yaxı

22 oktyabr
.

Kosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı

Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında

22 oktyabr
.

Bu ölkədə ilk Ebola hadisəsi təsdiqləndi

Nigeriyanın səhiyyə nazirliyi bildirib ki, virus ölkənin paytaxtı Abujada Uqandadan təyyarə ilə gələn bir qadında aşkarlanıb. Xəstə xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanları yoluxmuş şəxslə təmasda ola biləcək 44 nəfəri izləyir. xəbər verir ki, Uqanda Səhiyyə Nazirliyi bildirib ki, Nigeriya vətəndaş

21 oktyabr
.

ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır? - Gecə baş verən insidentlər və Qərb mediasının son məlumatları

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq üçün planlar hazırladığı bildirilir. "The New York Times" qəzetinin məlumatına görə, mümkün hücumların noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra həyata keçirilməsi nəzərdən keçirilir. Bununla yanaşı, Hörmü

22 oktyabr
.

Rusiya Ukraynaya kütləvi hücum etdi: ölənlər və yaralananlar var

Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücumları nəticəsində ölən və yaralananlar var. Kiyevdə yaşayış binalarına və nəqliyyat infrastrukturuna ziyan dəyib, Xarkov, Donetsk və Çerniqov vilayətlərində də mülki əhali arasında itkilər qeydə alınıb. "Associated Press"i

22 oktyabr