Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar".
Gununsesi.info bildirir ki, Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün məsələyə belə münasibət bildirib:
"Açıq-aşkar görünürdü ki, növbəti qiymət artımı üçün ictimai zəmin hazırlanır.
İndi isə məlum olur ki, Antiinhisar təbii inhisarçı olan "Aztelekom"un minimal sürəti və buna uyğun qiyməti artırmaq müraciətinə razılıq verməyib.
Əlbəttə, Antiinhisarın bu qərarı ədalətli və qanunauyğun, məntiqli bir yanaşmadır.
Çünki rəsmi statistika da göstərir ki, hazırda 90%-dən çox istifadəçi elə 100 Mbit/s üzərində "oturub". Yəni böyük əksər istiafdəçilərin minimal sürəti artırmaq deyə bir tələbatı yoxdur.
Provayderlərin hazırda da təklif etdikləri 200 Mbit/s və daha yuxarı sürətlərdən çox cüzi sayda insan istifadə edir.
Necə deyərlər, bu dəfə Aztelekom üçün "sürəti artırırıq" arqumenti ilə minimum ödənişi də artırmaq mümkün olmayıb.
Xatırladıram ki, 15 avqust 2024-cü ildə ölkədə internet üçün böyük tarif şoku yaşandı. Aztelekom-un təşəbbüsü ilə bütün provayderlər EYNİ ANDA minimal qiymətləri qaldırdılar.
Minimal internet paketi 40 Mbit/s sürət və 18 manatlıq tarifdən 100 Mbit/s sürət və 25 manatlıq tarifə keçirildi. Aylıq minimum ödəniş o zaman təxminən 40 faiz artırılmışdı.
Halbuki rəsmi statistikalar göstərirdi ki, o zaman istifadəçilərin 90%-i məhz həmin 40 Mbit/s sürətindən istifadə edirdi.
Daha ucuz paketdən istifadə etmək istəyən vətəndaşlara seçim imkanı verilmədi.
Xatırlayıram ki, bölgələrdə o zaman şərikli internetə keçənlər, hətta imtina edənlər də oldu.
O zaman Antiinhisar bununla bağlı iş qaldırdı. Antiinhisar bəlkə də Azərbaycanda inhisarçılıq tarixində ilk dəfə olaraq Aztelekom-un bu addımını "KARTEL SÖVDƏLƏŞMƏSİ" olaraq qiymətləndirdi. Təəssüf ki, o zaman Antiinhisarın Xidmət statusunun ləğvi və Agentliyə çevrilməsi ilə bu proses başa çatdırılmadı.
Bildiyim qədər, hazırda Aztelekom internet istifadəçilərindən toplanan həmin vəsaitlər hesabına aylıq dövriyyəsini az qala 100 milyona qədər qaldıra bildi. Yəni həmin "15 avqust" tarif şokundan sonra Aztelekom artıq illik dövriyyəsi milyard manat olan nəhəng bir təbii inhisar subyektinə çevrilib.
Bizim mövqeyimiz dəyişməzdir.
Bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlığın təmin edilməsi istiqamətində RİNN-in, Aztelekomun səyləri təqdirəlayiq olub. Eyni zamanda, əlbəttə, əlçatanlıqla bərabər yüksək sürətlərə də ehtiyac var.
Lakin bu, heç bir halda hamı üçün minimal qiyməti qaldırmaq hesabına olmalı deyil. İstifadəçilərə seçim imkanı verilməlidir. Hər bir ailənin həmin xidmətə hər ay pul ödəyə bilməsi də əlçatanlığın əsas şərtidir.
Beləliklə, Antiinhisarın bu dəfə təbii inhisarçı olan Aztelekoma qiymət artımına imkan verməməsi təqdirəlayiqdir. Əminəm ki, asan olmayıb.
Əvvəlki artımla bağlı suallar açıq qalsa da, heç olmasa növbəti bahalaşmanın qarşısı alınıb. Buna da şükür.
Ümid edirəm ki, bu prinsipiallıq davamlı olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar