"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar

"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - FotolarNiderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yeni istiqamət verib.

"Qafqazinfo"nun xəbərinə görə, Cənubi Koreyanın Kyunq Hi Universitetindən tədqiqatçı Elyah Conq-Hyun Kimin rəhbərlik etdiyi qrup tablonun mərkəzindəki ulduz düzülüşünü araşdırıb.

Nəticələr göstərib ki, əvvəllər Qoç bürcü ilə əlaqələndirilən ulduzlar, əslində, Buğa bürcündə yerləşən, V formasını xatırladan Hiad ulduz topasına uyğun gəlir.

Tədqiqatçılar rəsmdəki nazik Ayparanın iyun ayındakı səma mənzərəsinə deyil, iyul ayındakı astronomik vəziyyətə uyğun gəldiyini müəyyən ediblər.

Araşdırma çərçivəsində alimlər Fransada sahə tədqiqatları aparıb, tablodakı pəncərə və mənzərə çərçivəsini 1889-cu ilin səma vəziyyətinin kompüter modelləşdirməsi ilə müqayisə ediblər. Təhlillər göstərib ki, həmin il iyulun 22-də sübh vaxtı Ayın, Veneranın və Hiad ulduz topasının mövqeyi rəsmdəki mənzərə ilə ən çox üst-üstə düşüb. Ulduzların bir-birinə nisbətən mövqeləri və üfüq xəttinə görə bucaqları da bu nəticəni dəstəkləyib.

Əldə olunan nəticələr Van Qoqun tablonu iyun ayında yaratmağa başlamış, lakin iyulda da üzərində işləməyə davam etmiş ola biləcəyini göstərir. Beləliklə, rəssamın müxtəlif günlərdə müşahidə etdiyi səma mənzərələrini eyni əsərdə birləşdirməsi ehtimalı yaranır.

Tədqiqatçılar hesab edirlər ki, astronomik məlumatların incəsənət əsərləri ilə müqayisəsi digər tarixi gecə mənzərələrinin yaranma şəraitini və rəssamların müşahidələrini daha dəqiq araşdırmağa kömək edə bilər.
"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 136   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust
.

Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir

Parisə yerləşən Luvr Muzeyinin direktoru Kristof Leribo xəbərdarlıq edib ki, bina əsaslı təmir olunmasa, muzey qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala bilər. "Qafqazinfo" xəbər verir ki, o, "Le Figaro"ya müsahibəsində muzeyin köhnəlmiş infrastrukturu və təhlükəsizli

15 oktyabr
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust
.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr
.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə

23 iyul
.

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə

14 avqust