Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİXırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasında rol oynaya bilər. Eyni zamanda, ev sahiblərinə ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi, əmlakın real bazar dəyərinin nəzərə alınması və sakinlərin köçürülmə zamanı hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır.

Bəs, Xırdalanda mümkün söküntü və köçürülmə prosesi həmin ərazidə mənzil qiymətlərinə necə təsir edə bilər? Kompensasiya hesablanarkən hansı meyarlar əsas götürülməli, sakinlərin hüquqlarının qorunması və alternativ mənzillə təmin olunması üçün hansı şərtlər nəzərə alınmalıdır?
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, kütləvi söküntü işləri aparıldıqda daşınmaz əmlaka tələbat artır.

"Azərbaycanda, xüsusilə Bakı və Sumqayıt şəhərlərində daşınmaz əmlaka tələbatın yüksək, təklifin isə məhdud olması alıcılar üçün müəyyən çətinliklər yaradır. Söküntü zamanı dövlət tərəfindən təklif olunan kompensasiyalar isə vətəndaşlar tərəfindən heç də həmişə birmənalı qarşılanmır. Mənim fikrimcə, bu məsələdə ümumi yanaşma tətbiq edilməməli, hər bir daşınmaz əmlak fərdi qaydada qiymətləndirilməlidir. Adətən, ərazidəki daşınmaz əmlakın orta qiyməti müəyyənləşdirilir və kompensasiya həmin göstərici əsasında hesablanır. Lakin nəzərə almaq lazımdır ki, ərazidə həm yeni tikilmiş, həm aşınmış, həm də yüksək təmirli mənzillər ola bilər".

Ekspert bildirib ki, bütün əmlakların eyni meyarlarla qiymətləndirilməsi vətəndaşların narazılığına səbəb ola bilər:

"Qiymətləndirmə zamanı daşınmaz əmlakın sənədlərinin olub-olmaması, binanın ümumi vəziyyəti, mənzilin təmir səviyyəsi və digər xüsusiyyətləri nəzərə alınmalıdır. Bundan əlavə, əmlaka sonradan əlavə tikili, yardımçı sahə və ya torpaq sahəsi daxil edilibsə, bunlar da ayrıca yaxşılaşdırma kimi qiymətləndirilməlidir. Beləliklə, hər bir daşınmaz əmlakın fərdi xüsusiyyətləri nəzərə alınmalı və vətəndaşa əmlakının real vəziyyətinə uyğun kompensasiya ödənilməlidir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 198   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021