Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADIİnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnlə bağlı ənənələr baxımından da müxtəlif suallar yaradır.

Bəs, insanın sağlığında özü üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması dini baxımdan icazəlidirmi? İslamda bu əmələ münasibət necədir və belə bir addımın qadağan sayıldığı hallar varmı?
Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADIMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, İslam dininə görə, hər bir müsəlman həyat tərzini və davranışlarını dini mənbələrə əsaslandırmalıdır.

"Xüsusilə axirətə aid məsələlərdə şəriətin mənbələrində yer almayan əməlləri dinin tələbi kimi təqdim etməyi doğru hesab etmirəm. Nə Quranda, nə də Peyğəmbərin (s.ə.s.) həyatında insanın ölümündən əvvəl qəbir yeri alması və ya özü üçün başdaşı hazırlatması barədə göstəriş var. Bu, insanın fərdi qərarıdır. İslam dini bu məsələdə konkret göstəriş vermir. İslam dini insanın sağlığında özü üçün başdaşı hazırlatmasını və ya qəbiristanlıqda yer ayırmasını açıq şəkildə qadağan etməyib. Fiqh baxımından bu, icazə verilən əməllər sırasında qiymətləndirilə bilər. Lakin bir əməlin icazəli olması onun tövsiyə edildiyi və ya savab qazandırdığı anlamına gəlmir. Qurani-Kərimdə ölüm və dəfn məsələsinə aydın şəkildə toxunulur. "Hər bir canlı ölümü dadacaq" (Ali-İmran, 185) ayəsi bunu xatırladır. Əbəsə surəsinin 21-ci ayəsində də Allahın insanı öldürüb qəbrə qoyduğu bildirilir. Dəfn insanın ehtiramla torpağa tapşırılmasının bir hissəsidir. Ancaq bu ayələrdə insanın özü üçün əvvəlcədən qəbir yeri alması barədə göstəriş yoxdur. Loğman surəsinin 34-cü ayəsində isə heç kimin sabah harada öləcəyini bilmədiyi vurğulanır. Bu, ölümün vaxtı və yerinin insan üçün qeyri-müəyyən olduğunu xatırladır".

İlahiyyatçı bildirib ki, hədislərdə də qəbirlərlə bağlı müxtəlif göstərişlər var:

"Peyğəmbərin (s.ə.s.) qəbirlərin üzərində tikili qurulmasını, onların üzərində oturulmasını və suvaqlanmasını qadağan etdiyi bildirilir (Səhih Müslim, Cənaiz, 970). Digər tərəfdən, Osman ibn Məzunun qəbrinin tanınması üçün üzərinə daş qoyulduğu qeyd olunur (Əbu Davud, Cənaiz, 3206). Bu rəvayət qəbrin yerini müəyyənləşdirmək üçün sadə bir işarədən istifadə edilməsinin mümkünlüyünə dəlalət edir. Burada əsas məsələ təmtəraqlı tikililərdən, öyünməkdən və israfçılıqdan uzaq durmaqdır. Qəbir ziyarətinin insana axirəti xatırlatması da hədislərdə qeyd edilir (Səhih Müslim, Cənaiz, 977). Bundan əlavə, Ömərin (r.a.) Peyğəmbərin (s.ə.s.) yanında dəfn olunmaq üçün Aişədən (r.a.) icazə istəməsi barədə rəvayət var (Səhih Buxari, Cənaiz, 1392). Bu hadisə müəyyən bir dəfn yerinin əvvəlcədən düşünülməsinin səhabələr dövründə də mövcud olduğunu göstərir. Bununla belə, həmin hadisəni hər kəsin sağlığında qəbir yeri almasının dini tövsiyə olması kimi qiymətləndirmək düzgün olmaz".

O, qeyd edib ki, alimlərin fikirlərinə gəldikdə, klassik fiqh mənbələrində insanın sağlığında özü üçün qəbir qazdırması məsələsinə müxtəlif yanaşmalar mövcuddur:

"Bəzi alimlər bunu məkruh hesab ediblər. Digərləri isə belə bir addımda dini baxımdan problem görməyiblər. Müasir alimlər arasında da qəbiristanlıqda əvvəlcədən yer ayırmağı icazəli sayanlar, qəbrin özünü əvvəlcədən qazdırmağı isə sünnədə xüsusi əsası olmayan əməl kimi qiymətləndirənlər var. Mənim fikrimcə, insanın sağlığında özü üçün qəbir yeri alması vacib deyil və buna dini zərurət kimi yanaşmaq olmaz. Quranda heç kimin harada öləcəyini bilmədiyi bildirilir. Bununla yanaşı, müasir dövrdə məsələnin maddi və sosial tərəfləri də mövcuddur. Bəzən qəbir yeri və başdaşı məsələsi ticarətə, yaxud nüfuz nümayişinə çevrilə bilir. Halbuki İslam sadəliyi təşviq edir. Daha məqsədəuyğun olan insanın imanına, əməllərinə və borclarına diqqət yetirməsi, dəfn məsələlərini isə yaxınlarının öhdəsinə buraxmasıdır. Qəbir yeri üçün xərclənəcək vəsaiti sədəqəyə yönəltmək də xeyirli seçim ola bilər. Bununla belə, kimsə yaxınlarına yük olmamaq məqsədilə əvvəlcədən sadə bir qəbir yeri ayırıbsa, bunu avtomatik olaraq günah saymaq olmaz. Əsas məsələ niyyətin düzgün olması, israfdan və özünü nümayiş etdirməkdən uzaq durmaqdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 127   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021