Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır".
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Tikinti layihələrinin idarə edilməsi departamentinin rəhbəri Məmməd Rzayev deyib.
O bildirib ki, "20 Sentyabr" stansiyasında tətbiq olunan xüsusi memarlıq həlli ilə əlaqədar bir sıra işlər görülüb və zəruri məsələlər həllini tapıb: "20 Sentyabr" stansiyası ilə bağlı tikinti işləri başa çatıb, hazırda tamamlama işləri icra olunur. Bilirsiniz ki, burada xüsusi memarlıq həlli tətbiq edilir. Bununla əlaqədar materialların ölkə xaricindən gətirilməsi, logistika və digər məsələlər var idi. Bütün bu məsələlər tənzimlənib, işlər qrafikə uyğun davam edir".
Departament rəhbəri vurğulayıb ki, hazırda əsas diqqət stansiyada tamamlama işlərinin yekunlaşdırılmasına yönəlib. Mövcud qrafikə əsasən, stansiyanın gələn ilin birinci yarısında tam istismara verilməsi nəzərdə tutulur: "Gələn ilin yarısına qədər stansiyanın tam istismara verilməsi hədəfimizdir", - deyə o əlavə edib.
Məmməd Rzayev həmçinin "28 May" və "Nizami" stansiyaları arasında tikilən mənzil tuneli barədə məlumat verib. Onun sözlərinə görə, ümumi uzunluğu 211 metr olan tunelin qazılması işlərinə başlanılıb və indiyədək 63 metrlik hissədə qazıntı işləri tamamlanıb.
"Tunelin qazma prosesinə başlanılıb. Bu günə qədər 63 metr hissədə qazma işləri icra olunub və işlər planlı şəkildə, qrafikə uyğun davam etdirilir", - deyə o bildirib.
M.Rzayev qeyd edib ki, gələcəkdə həmin tunelin "Nizami" - "Cəfər Cabbarlı" tunelinə çevrilməsi nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 167 Tarix: 23 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabrReza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb
Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd
23 oktyabrSabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabr