Bəhruz Quliyev: "Azərbaycan-Hindistan münasibətlərində yeni əməkdaşlıq imkanları yaranır"
"Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi hadisədir. Bu görüşü qarşılıqlı dialoqun genişləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından müsbət addım kimi qiymətləndirmək olar.
Azərbaycan hər zaman xarici siyasətində konstruktiv dialoqa, qarşılıqlı hörmətə və dövlətlərin milli maraqlarının nəzərə alınmasına üstünlük verib. Hindistanla münasibətlərin inkişafı da bu prinsiplər əsasında mümkün ola bilər.
Təsadüfi deyil ki, Azərbaycan və Hindistan qədim sivilizasiyaların təmsilçiləridir. Ölkələrimiz arasında tarixi-mədəni əlaqələr mövcuddur. Bu gün əsas vəzifə həmin tarixi bağları müasir dövrün tələblərinə uyğun olaraq siyasi, iqtisadi və texnoloji əməkdaşlıqla zənginləşdirməkdir.":Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
Siyasi şərhçi qeyd edib ki, xüsusilə iqtisadi sahədə perspektivlər genişdir. Hindistanın texnologiyalar, rəqəmsal infrastruktur və innovasiyalar sahəsindəki təcrübəsi Azərbaycan üçün maraqlı əməkdaşlıq imkanları yaradır. Enerji sektorunda mövcud iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və yeni biznes layihələrinin həyata keçirilməsi də mühüm əhəmiyyət daşıyır.
Digər perspektivli istiqamət turizmdir. Azərbaycan zəngin tarixi-mədəni irsi və müasir turizm infrastrukturu ilə Hindistan vətəndaşları üçün cəlbedici ölkədir. Bu sahədə əlaqələrin genişlənməsi həm iqtisadi gəlirlərin artmasına, həm də xalqlarımız arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edə bilər.
Eyni zamanda, hər iki ölkənin beynəlxalq platformalarda, o cümlədən Qlobal Cənub çərçivəsində dialoq imkanları mövcuddur. Lakin əməkdaşlığın davamlı olması üçün qarşılıqlı həssaslıqlar nəzərə alınmalı, fikir ayrılıqları diplomatik yollarla həll edilməli və iqtisadi münasibətlərin inkişafına üstünlük verilməlidir.
"Hesab edirəm ki, əsas məsələ siyasi dialoqu real iqtisadi nəticələrə çevirməkdir. Azərbaycan öz milli maraqlarını qorumaqla bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır. Hindistanla münasibətlərin də praqmatik yanaşma, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında inkişaf etdirilməsi hər iki dövlət üçün yeni imkanlar aça bilər." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"WhatsApp"a iki yeni funksiya gəlir
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!