Qara dənizdə azərbaycanlıların da olduğu gəmi faciəsinin təfərrüatı - Eksklüziv
"Konor adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanlarına SOS siqnalı göndərərək gəminin dronların hücumuna məruz qaldığını və təcili xilasetmə yardımına ehtiyacı olduğunu bildirib".
Bunu Oxu.Az-a açıqlamasında Rumıniyanın "Nine O"Clock" qəzetinin təsisçisi və rəhbəri Mihai Manea Qara dənizdə - Rumıniya sahilləri yaxınlığında göyərtəsində azərbaycanlıların da olduğu ticarət gəmisinin batması hadisəsini şərh edərkən deyib.
O bildirib ki, doqquz ekipaj üzvü xilasetmə qayıqlarına minə bilib:
"Onlardan biri həyatını itirib, digər üç nəfər isə hələ də itkin düşmüş hesab olunur".
Onun sözlərinə görə, koordinasiya mərkəzinin qrupları hadisə yerinə doğru yola düşüb və axtarış-xilasetmə əməliyyatları yalnız dənizdən həyata keçirilir:
"Hava şəraiti Daxili İşlər Nazirliyinə məxsus helikopterlərin ərazi üzərində uçmasına imkan vermir. Güclü külək əsir, duman var və dalğalar nisbətən hündürdür. Bu, ilk belə hadisə deyil. Son bir ay ərzində Qara dənizin həm Rumıniya, həm də Bolqarıstan sahillərində bir neçə gəmiyə - onların əksəriyyəti neft tankerləridir - hücum edilib".
"Ticarət gəmisinin göyərtəsində 10-u Ukrayna, 3-ü və Azərbaycan vətəndaşı olmaqla ümumilikdə 13 nəfər olub. Rumıniya Dəniz Administrasiyasının nəzdində fəaliyyət göstərən Dəniz Koordinasiya Mərkəzinə bu gün səhər saat 10:00 radələrində Rumıniyanın ərazi sularından kənarda, Konstansa sahilindən 13 dəniz mili məsafədə olan "Nava Khoryv" gəmisinin qəza vəziyyətində olması barədə məlumat daxil olub".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 269 Tarix: 23 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qubada iki bələdiyyənin adı dəyişdirildi
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, Qubanı
22 oktyabrBöyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri
25 oktyabr - Qubadlı şəhəri günü Azərbaycanın müasir tarixində mühüm yer tutan, milli yaddaşımızda qələbə və qayıdış rəmzinə çevrilən əlamətdar tarixdir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə başlayan yeni mərhələ bu gün bərpa, quruculuq və gələcək inkişaf proseslər
23 oktyabrAzərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Prezident İlham Əliyevin sərəncamı ilə Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. Anar Bayramovun dosyesini təqdim edir:. Anar Bayramov 1975-ci ildə anadan olub. Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetlərini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur
19 oktyabrYeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. "Qafqazinfo" xəbər verir ki, O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. 37 yaşlı məmur daha əvvəl Cəbrayı
22 oktyabrAzərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısın
23 oktyabrAzərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə
21 oktyabr