Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər?

Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər?Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçılarından birinin, daha doğrusu qətli törətməkdiyi deyilən şəxsin - Əhməd Əlizadənin deputat Arzuxan Əlizadənin oğlu olduğu müəyyənləşib. Deputatın digər oğlu Orxan Əlizadə isə Xətai Rayon Məhkəməsinin hakimidir.

Bəs, şəxsin cinayət törətməsi atasının mandatını, qardaşının isə vəzifəsini itirməsinə səbəb ola bilər?

Oxu.Az-ın araşdırmasına əsasən, Azərbaycan Respublikası Konstitusiyanın 90-cı maddəsi Milli Məclisin deputatlarının toxunulmazlığı ilə bağlıdır. Maddənin I bəndində qeyd edilir ki, səlahiyyət dövründə Milli Məclisin deputatının şəxsiyyəti toxunulmazdır. Milli Məclisin deputatları səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun məhkəmə qaydasında idarə tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi nəzarətdən istifadə edə bilməz.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatının orqanı bu qanuna uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroruna verməlidir.

Maddənin II bəndində isə vurğulanır ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin mövcudluğu ilə bağlı xitam verilə bilər.

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 113-cü maddəsi isə hakimlərin səlahiyyətlərinə xitam verilməsinin əsasları ilə bağlıdır.

Bu maddəyə əsasən, hakimlərin səlahiyyətlərinə onların səlahiyyət müddəti (uzadılmış səlahiyyət müddəti) qurtardıqda Məhkəmə-Hüquq Şurası tərəfindən xitam verilir. Hakimlərin səlahiyyətlərinə öz arzusu ilə vəzifəsindən çıxmaq barədə yazılı ərizə verdikdə, hakim vəzifəsindən kənarlaşdırıldıqda, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə, vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə, bu Qanunla hakim vəzifəsinə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə, tutduğu vəzifə ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə, bu Qanunun 111-1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqvim ili ərzində iki dəfə intizam cəzası verildikdə, işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduqda əsaslara görə vaxtından əvvəl xitam verilə bilər.

Bir sözlə, ölkə qanunvericiliyinə əsasən, şəxsin cinayət törətməsi onun valideynin deputat mandatını və qardaşının məhkəmə hakimi vəzifəsini itirməsi üçün əsas deyil.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 166   Tarix: 24 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Bakıda kişi şalvarını ütüləmədiyi üçün həyat yoldaşını döyüb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsindəki evdə baş verib. Həmin evdə yaşayan 1992-ci il təvəllüdlü Sahibcan Məmmədov (soyadı şərtidir - red.) səhər saatlarında yuxudan oyanıb və şalvarını

23 oktyabr
.

Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub

Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza

18 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib. -ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə külli miqdarda dələduzluqda təqsirləndirilən Rüfət Qasımzadə və Məmməd Məmmədzadə saxlanılıblar. Nəsimi Rayon Polis İdarəsində hər iki şəxs barədə Cinayət Məcəlləsini

21 oktyabr
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub

17 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

Bakıda kişi sirkə turşusundan zəhərlənib öldü

Bakıda kişi sirkə turşusundan zəhərlənib. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 62 yaşlı N. İslamov yaşadığı evdə sirkə turşusundan zəhərlənib. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, N. İslamov sərxoş halda bilmədə

23 oktyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr