İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib

İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyibBraziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra götürülüb. Oktyabrın 23-nə keçən gecə keçirilən qarşılaşmada "Flamenqo" Argentina təmsilçisi "Estudiantes"lə 0:0 hesablı heç-heçə qeydə alınıb. İlk oyun da eyni hesabla yekunlaşdığı üçün təyin olunan penaltilər seriyasında "Flamenqo" uduzub. Jorjinyo da 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Məlumata əsasən, oktyabrın 27-də futbolçunun B nümunəsi açılacaq. Qadağan olunmuş maddənin mövcudluğu təsdiqlənərsə, onu 6 aydan 2 ilədək futboldan kənarlaşdırılma cəzası gözləyə bilər.

Qeyd edək ki, 34 yaşlı Jorjinyo 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionu olub. Yarımmüdafiəçi ötən ildən "Flamenqo"da çıxış edir. O, karyerası ərzində "Çelsi", "Arsenal", "Napoli" və "Verona" klublarında da oynayıb. "Çelsi" ilə UEFA Çempionlar Liqası, Avropa Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olub.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 116   Tarix: 24 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq

"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu

17 oktyabr
.

"Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb

İtaliya A Seriyası təmsilçisi "Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb. xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcı

15 oktyabr
.

Azərbaycan Basketbol Liqasında IV tur başlayır

Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək. xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son ölkə çempionu "Sabah" NTD-ni sınağa çəkəcək. Görüş Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək. Ehtiyatda daha bir oyunu olan "Sabah" 4 xall

23 oktyabr
.

"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l

16 oktyabr
.

"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca

20 oktyabr
.

İngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar

İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər

14 oktyabr
.

"Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir

İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir

24 oktyabr
.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18 oktyabr
.

Azərbaycanı U-19 dünya çempionatında doqquz boksçu təmsil edəcək

Monteneqronun Budva şəhərində keçiriləcək 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanı doqquz boksçu təmsil edəcək. Bu barədə -aa Azərbaycan Boks Federasiyasından məlumat verilib. 12 gün davam edəcək yarış oktyabrın 16-da start götürəcək. Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatınd

15 oktyabr