Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Yerinə yetirilməmiş vədlər, korrupsiya və seçilmiş bir qrupun imtiyazlı həyatı səbəbindən yaranan məyusluq. MKİ ilə gizli tərəfdaşlıq quraraq arzulanan dəyişikliklərə nail olmaq üçün bu fürsəti dəyərləndirin", - deyə o, paylaşımda qeyd edib.
Rubio, həmçinin vurğulayıb ki, adada "müsbət dəyişikliklər" etmək istəyənlər üçün indi "ən əlverişli vaxt"dır.
Xatırladaq ki, daha əvvəl, oktyabrın 23-də ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrandan sonra Kubada "qısa bir dayanacaq" edəcəyini bəyan etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 78 Tarix: 24 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
"Spotify" platforması aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi çox süni intellektlə yaradılmış 50 milyondan çox musiqini tövsiyə sistemindən çıxarıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu addımları həqiqi sənətçilərin əsərlərini ön plana çıxarmaq v
22 oktyabrİtaliyada güclü zəlzələ baş verdi
İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib
23 oktyabrDünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər
İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c
22 oktyabrMakron etirazlar fonunda ilk dəfə şagird və polislərlə görüşəcək
Fransa Prezidenti Emmanuel Makron etirazların yenidən başlaması ərəfəsində bu gün yuxarı sinif şagirdləri hərəkatının nümayəndələri və hüquq-mühafizə orqanları ilə görüşəcək. xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Bu, yuxarı sinif şagirdləri və tələbələrin artıq bir aydan çoxdur dava
23 oktyabr