83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu

83 yaşlı qadın toyundan əvvəl əməliyyat olunduRusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər.

Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanla məşğul olur və uzun məsafələrə piyada gəzir.

Lakin toy mərasiminə az qalmış həkimlər onun düz bağırsağında bədxassəli şiş aşkarlayıblar. Xəstəyə təcili cərrahi müdaxilənin zəruri olduğu bildirilib.

Həkimlərin sözlərinə görə, belə hallarda əməliyyatdan sonrakı ağırlaşmaların qarşısını almaq məqsədilə xəstələrə müvəqqəti stoma qoyulması tələb oluna bilər. Bu zaman bağırsağın çıxışı qarın divarına yönəldilir və nəcis xüsusi torbada toplanır.

Lakin 83 yaşlı qadın yaxınlaşan toyuna görə stoma qoyulmasından qəti şəkildə imtina edib. Bundan sonra cərrahlar alternativ üsuldan istifadə etmək qərarına gəliblər. Onlar azinvaziv əməliyyat həyata keçirərək bədxassəli toxumaları təbii yolla xaric ediblər. Əməliyyat uğurla başa çatıb. Qadının stoma daşımasına ehtiyac qalmayıb və o, yaxşı fiziki vəziyyətdə evə buraxılıb.

Həkimlərin göstərdiyi qayğıdan təsirlənən 83 yaşlı qadın isə ona ikinci şans verən bütün cərrahları toyuna dəvət edəcəyinə söz verib./Lent.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 172   Tarix: 24 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ukrayna özünün peyk rabitə sistemini yaradır

Ukrayna "Nokia" və İCEYE şirkətləri ilə əməkdaşlıq çərçivəsində özünün peyk rabitə sistemini yaradacaq. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. "İCEYE peyk kəşfiyyatı sahəsində ixtisaslaşıb və 2022-ci ildən bəri Ukrayna ilə əməkdaşlıq edir. "Nokia" telekommunikasiy

23 oktyabr
.

Səudiyyə Ərəbistanı Yəməndən Ər-Riyada atılan ballistik raketi ələ keçirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Səudiyyə Ərəbistanının Mülki Müdafiəsinin Ər-Riyad, Nəcran və Vadi-ə-Dəvasir əyalətində mümkün təhlükə barədə xəbərdarlıqlarından sonra Yəməndə husilər tərəfindən Ər-Riyada atılan ballistik raketi ələ keçirdiyini və məhv etdiyini açıqlayıb

24 oktyabr
.

Hörmüz boğazında iki tanker minalara düşüb

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan iki tanker dəniz minalarına məruz qalıb. xəbər verir ki, gəmi minalara tuş gəlib. İİKK gəmilərin müəyyən edilmiş qaydaları pozduğunu və icazəsiz marşrut üzrə hərəkə

24 oktyabr
.

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb

24 oktyabr
.

Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb

Paris yaxınlığında baş verən terror aktından sonra əsas şübhəlinin əhatəsindən üç nəfər, o cümlədən anası saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası xəbər verir. Məlumata görə, dünən avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə və beş nəfərin yaralanmasın

24 oktyabr
.

"Ancelina Coli geni" və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir

Məşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq "Ancelina Coli geni" adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir. xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və "100 00+Mən" Mill

24 oktyabr
.

Türkiyədə mədəndə partlayış - ölən və yaralılar var

Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis

23 oktyabr
.

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb. Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğ

24 oktyabr
.

Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir

Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı

24 oktyabr