İrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə
Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadən yazıb.
Levinin sözlərinə görə, Pit Heqsetin bir neçə səbəbə görə vəzifəsindən uzaqlaşdırılması tələb olunur. O, İrana qarşı zərbələri qanunla müəyyən edilmiş 60 günlük müddət başa çatdıqdan sonra da qanunsuz şəkildə davam etdirməkdə ittiham edilir.
Bundan başqa, Pentaqonun dənizdə narkotik qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən 220-dən çox şəxsin öldürülməsinin qanuniliyinə də şübhə ilə yanaşanlar var.
"Respublikaçı Tomas Masi sentyabrda Heqsetin impiçmenti ilə bağlı qətnamə təqdim edib. Nümayəndələr Palatasının aralıq seçki ilə əlaqədar uzun fasilədən sonra fəaliyyətini bərpa edəcəyi həftə - seçkidən sonrakı həftə onun bu məsələ ilə bağlı səsvermə tələb edəcəyi gözlənilir", - deyə məqalədə qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 104 Tarix: 25 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı
24 oktyabrAvstriya Rusiya diplomatlarını qovdu
Avstriya Xarici İşlər Nazirliyi dörd rus diplomatı ölkədən çıxaracaq. xəbər verir ki, bu barədə "Profil" nəşri məlumat yayıb. Məlumata görə, onlar arzuolunmaz şəxs elan ediliblər. Həmin şəxslər casusluqda şübhəli bilinirlər
23 oktyabrHörmüz boğazında iki tanker minalara düşüb
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan iki tanker dəniz minalarına məruz qalıb. xəbər verir ki, gəmi minalara tuş gəlib. İİKK gəmilərin müəyyən edilmiş qaydaları pozduğunu və icazəsiz marşrut üzrə hərəkə
24 oktyabrMeqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı
25 oktyabr