Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər
"Rusiya Dəmir Yolları" ASC Türkiyə və Azərbaycandan Rusiyaya meyvə və tərəvəzlərin quru marşrutu vasitəsilə çatdırılması imkanlarını araşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Məlumata görə, bu barədə şirkət rəhbərinin birinci müavini Vadim Mixaylov İstanbulda keçirilən forum zamanı bildirib:
"Bizi Yaxın Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya dövlətləri ilə birləşdirən "Şimal-Cənub" dəhlizi inkişaf edir, onun uzunluğu 7 min kilometri ötərək Sankt-Peterburqdan İran və Hindistan limanlarına qədər uzanır. Cari ildə artımın əsas hərəkətverici qüvvələri tranzit həcmlərinin müvafiq olaraq 19% və 24% artdığı Azərbaycan və İran üzərindən keçən Transxəzər və qərb marşrutları olub. Belarusla Əfqanıstan arasındakı tranzit daşımaları da əlavə təsir göstərib. Rusiya pərakəndə satıcıları üçün Türkiyə və Azərbaycandan meyvə-tərəvəz məhsullarının Gürcüstan ərazisindən tranzitlə quru marşrutu ilə çatdırılması variantları üzərində iş aparılır".
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Rusiya, Qafqaz və Mərkəzi Asiyadan keçməklə Fars körfəzi və Hind okeanı ölkələri ilə əlaqələndirir. Bu multimodal dəhlizin yaradılmasına dair saziş 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanıb, hazırda isə 12 dövlət onun iştirakçısıdır. Dəhliz üç istiqaməti özündə birləşdirir: Xəzər dənizinin qərb sahili boyunca qərb, şərq sahili boyunca şərq və Xəzər dənizi üzərindən Transxəzər marşrutları.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Brent qiyməti bir barel üçün 111 dollara yüksəldi
Yaxın Şərqdən tədarük və ABŞ-da ehtiyatların azalması ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri bu səhər əhəmiyyətli dərəcədə yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 2,21 dollar (2,03%) çox
22 oktyabrNaxçıvanda bank əmanətləri 46 % artıb
Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 48,3 milyon manat əmanəti olub. Bu barədə -ın yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən il oktyabrın 1-nə nisbətən 45,9 % çoxdur. Əmanətlərin 94,5 %-i milli, 5,5 %-i xarici valyutad
13 oktyabrAzərbaycanın İtaliyaya neft ixracı azalıb, gəliri artıb
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında İtaliyaya 5,5 milyard dollar dəyərində 8,8 milyon ton neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 10,4% çoxdur. Hesabat dövründə İtaliyaya neft ixracının həcmi isə illik müqayisəd
22 oktyabrAzərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manat olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Bu il sentyabrı
9 oktyabrAzərbaycanda noutbuk və kompüter istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 min 90 ədəd noutbuk, 1 min 412 ədəd stolüstü kompüter istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,8 % və 50,3 % azdır. Təkcə sentyabrda isə 1 ədəd noutbuk (1 i
16 oktyabrAzərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 5 % azaldılır
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 16 milyard 74,1 milyon manat müəyyən edilib. bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,9 % azdır. Dövlət büdcəs
23 oktyabrİran Milli Bankının Bakı filialının mənfəəti 28 %-dən çox azalıb
İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 3,144 milyon manat mənfəətlə başa vurub. filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % azdır. 9 ayda İran bankının gəlirləri 3,911 milyon manat (1 il əvvələ nisbətən 13,5 % az), xərclər
9 oktyabr