Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları

Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yollarıPaltaryuyan maşında yuyulduqdan sonra quş tükü və ya silikon elyaf dolğuları bir küncə toplanan və bərk düyünlərə çevrilən şişmə gödəkçələri atmağa və ya kimyəvi təmizləməyə pul xərcləməyə tələsməyin.

Milli.Az xəbər verir ki, gödəkçənin içindəki tüklərin yatmasının səbəbi nəmə görə onların bir-birinə yapışmasıdır. Bu düyünü açmağın ən təsirli yolu qurutma maşınından istifadə etməkdir:

Gödəkçəni qurutma maşınına qoyarkən barabanın içinə 3-4 ədəd təmiz tennis topu (və ya bərk rezin qurutma topu) atın.

Maşını aşağı dərəcəli proqramda işə salın. Fırlanan topların ritmik zərbələri bir-birinə yapışmış tükləri fiziki olaraq dağıdır və havanın tikiş kanallarına bərabər yayılmasını təmin edərək gödəkçəyə əvvəlki həcmini qaytarır.

Qurutma maşını olmayanlar üçün: Mətbəx oxlovu üsulu
Qurutma maşını olmadıqda edilən ən böyük səhv ıslaq gödəkçəni asılqandan asmaqdır. Cazibə qüvvəsi axan su ilə birlikdə bütün tükləri gödəkçənin ətəyinə yığır.

Düz səthdə qurutma: Gödəkçəni düz bir yerə sərilmiş quru dəsmalın üzərinə üfüqi şəkildə sərin.

Mütəmadi masaj: Quruma prosesi zamanı hər yarım saatdan bir gödəkçəni yüngülcə silkələyin və topalanmış tük kütlələrini barmaq uclarınızla kənardan dairəvi hərəkətlərlə açın.

Oxlov hiyləsi: Gödəkçə tam quruduqdan sonra üzərindən xəmir oxlovu ilə yüngülcə keçmək liflərin arasına hava dolmasını təmin edir və gödəkçəni ilk gündəki formasına gətirir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 118   Tarix: 25 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?

"Biz bütün uşaqlarımızı bərabər sevirik" deyən valideynlərlə bağlı aparılan genişmiqyaslı araşdırma gözlənilməz nəticə ortaya qoyub. Sosioloq və psixoloqların tədqiqatları göstərir ki, valideynlərin böyük əksəriyyəti gizlicə bir övladını digərlərindən daha çox istəyir. xəbər verir ki, araşdırmad

17 oktyabr
.

Çay ürəyin dərmanı imiş - Bir şərtlə...

Yeni araşdırma çay içmək vərdişləri ilə ürək-damar xəstəlikləri riski arasında əlaqə olduğunu üzə çıxarıb. Nəticələrə görə, çayın növü, dəmlənmə dərəcəsi və temperaturu da sağlamlığa təsir edən amillər ola bilər. "Qafqazinfo" xəbər verir ki, "Journal of Internal Medicine" jurnalınd

23 oktyabr
.

Bu ölkədə günəbaxanları duzlu su ilə suvarırlar - Qeyri-adi TƏCRÜBƏ

Misirdə kənd təsərrüfatı sahəsində qeyri-adi təcrübəyə başlanılıb. Alimlər və fermerlər günəbaxan bitkisini şirin su əvəzinə duzlu su ilə yetişdirməyin mümkünlüyünü araşdırırlar. xarici mediaya istinadən xəbər verir ki, Misir duz qarışığı olan quyu suyundan istifadə etməklə yağlıq günəbaxan yetişdirilməs

25 oktyabr
.

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il

17 oktyabr
.

Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın

Cəmi üç qaşıq soda və 10 dəqiqə vaxt ayırmaqla dabanlardakı qurumuş və sərtləşmiş dərini yumşaltmaq mümkündür. Bu sadə ev üsulu ayaqlara qulluq etməyə kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, dabanların yumşaq və sağlam qalması üçün müntəzəm qulluq etmək vacibdir. Adi qida sodası is

18 oktyabr
.

Evi xoş qoxulu saxlamaq üçün SADƏ ÜSUL - Cəmi bir neçə saniyə çəkir

Evdə xoş ətir yaratmaq üçün bahalı hava təravətləndiriciləri və aromatik çubuqlar almağa ehtiyac yoxdur. Sadə üsulla ev şəraitində hazırlanan ətirli duzdan istifadə etməklə otaqlara bir neçə gün davam edən xoş qoxu vermək mümkündür. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "Kertvar"

25 oktyabr
.

Yuxuda diş qıcamağın mədə ilə əlaqəsi ortaya çıxdı

Rusiyalı nevroloq Regina Qolovaçeva insanların yuxu zamanı dişlərini qıcaması və çənələrini sıxmasının mümkün səbəblərinə aydınlıq gətirib. xəbər verir ki, bu barədə məlumat yayıb. Mütəxəssisin sözlərinə görə, tibbdə bu hal gecə bruksizmi adlanır. "Gecə bruksizmi insanın yuxu zamanı qeyri-irad

24 oktyabr
.

Yaşıl ulduz kəşf edildi

Astronomlar atmosferindəki natriumun işıqla qarşılıqlı təsiri nəticəsində yaşılımtıl rəngdə görünən ağ cırtdan ulduz aşkar ediblər. "Qafqazinfo" xəbər verir ki, Süd Yolu Qalaktikasında, Əjdaha bürcündə yerləşən WD J1330+6435 adlı ulduz Yer kürəsindən təxminən 280 işıq ili uzaqdadır. Tədqiqatçıları

21 oktyabr
.

Evdə panik atak və stressə səbəb ola biləcək beş şey

Ev insanın dincəldiyi və güc topladığı məkan olmalıdır. Lakin gündəlik həyatda diqqət yetirmədiyimiz bəzi əşyalar və şərait rahatlaşmağımıza mane ola bilər. Dağınıqlıq, səs-küy və həddindən artıq parlaq işıq bunların sırasındadır. 886 nəfərin iştirak etdiyi araşdırmada ev şəraitinin xüsusiyyətləri il

18 oktyabr