İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu gün Qazaxıstan Respublikası Sizin yürütdüyünüz düşünülmüş siyasət nəticəsində hərtərəfli inkişaf edərək bütün sahələrdə nailiyyətlər əldə etmiş, iqtisadi potensialını gücləndirmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Qazaxıstanın ildən-ilə yeni uğurlara imza atmasının şahidi olmaqdan, uğurlarını görməkdən qardaş ölkə olaraq səmimi-qəlbdən sevinirik.
Müntəzəm qarşılıqlı səfərlərimiz, görüşlərimiz, ali səviyyədə fəal dialoqumuz ikitərəfli münasibətlərimizin daha sürətlə inkişafında, strateji tərəfdaşlığımızın, habelə müttəfiqliyimizin möhkəmlənməsində və yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Bu yaxınlarda AQEM-in 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərinizi yüksək qiymətləndirirəm.
Əminəm ki, zəngin mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından güc alan Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələri birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 95 Tarix: 25 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCanni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi - Foto
Bu gün Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. xəbər verir ki, mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIF
24 oktyabrZəngilan Şəhəri Günü: Azad torpaqlarda qurulan yeni həyat
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar milli yaddaşımızda əbədi yaşayır, xalqımızın birliyini, iradəsini, vətən sevgisini və azadlıq əzmini təcəssüm etdirir. 20 Oktyabr - Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyünü
19 oktyabrQubadlı şəhərinin azad edilməsi qələbəmizi yaxınlaşdırdı
Uzun zaman torpaqlarımızı işğal altında saxlayan Ermənistanın qəbulolunmaz hərəkətləri, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozması regionda müharibə ilə nəticələndi. Ermənistanın qeyri-konstruktiv mövqeyi, sülh imitasiyaları aydın şəkildə onun göstəricisi idi ki, işğalçı ölkə barış istəmir
22 oktyabrQırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. *. "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinet
21 oktyabrAzərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Prezident İlham Əliyevin sərəncamı ilə Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. Anar Bayramovun dosyesini təqdim edir:. Anar Bayramov 1975-ci ildə anadan olub. Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetlərini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur
19 oktyabrYardımlıya icra başçısı təyin olundu - Sərəncam
Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Yardımlı RİH başçısı Ayaz Əsgərov bu ilin sentyabrında vəzifəsindən azad olunmuşdu. O, 2016-cı ildən sözügedə
22 oktyabrPrezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi
Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənəd 2026-cı il sentyabrın 10-da Astana şəhərind
23 oktyabrƏrdoğanın zəngindən sonra nələr dəyişəcək? - Ekspertdən AÇIQLAMA
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi iki ölkə arasında yaranmış narazılıqların aradan qaldırılması baxımından əhəmiyyətli ola bilər. Əslində, belə bir zəngin və ya görüşün baş tutması gözlənilən idi. Təmasın Türk Dövlətləri Təşkilatının oktyabrı
22 oktyabr