"Ancaq bir görüşlə bütün ziddiyyətlərin aradan qalxacağını düşünmək düzgün olmaz" - BƏHRUZ QULİYEV
"Tehranda keçiriləcək danışıqlar Yaxın Şərqdə gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Əsas sual budur ki, bu görüş İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin yaxşılaşmasına gətirib çıxara bilərmi?
Mən əvvəldən də qeyd etmişəm ki, bu münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi qaçılmaz deyil. Çünki region ölkələrinin hər birinin öz maraqları var və müəyyən mərhələdə qarşılıqlı güzəştlərə getmək zərurəti yaranır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, Türkiyə və Pakistanın bu prosesdə iştirakı da xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, Səudiyyə Ərəbistanının təhlükəsizliyi ilə bağlı öhdəliklər məsələyə əlavə siyasi həssaslıq gətirir. Lakin bu, Türkiyə və Pakistanın mütləq şəkildə Yəməndə hərbi əməliyyatlara qoşulacağı demək deyil. Burada əsas məqsəd hərbi qarşıdurmanı genişləndirmək yox, onun qarşısını almaq olmalıdır.
İran amili isə məsələnin ən həssas tərəflərindən biridir. Husilərlə bağlı gərginlik Tehranla Ər-Riyad arasındakı münasibətlərə birbaşa təsir göstərir. Əgər tərəflər qarşılıqlı təzyiq siyasətindən uzaqlaşaraq təhlükəsizlik məsələlərini diplomatik yolla həll etməyə çalışsalar, bu, münasibətlərin normallaşması üçün yeni imkanlar yarada bilər.
"Ancaq bir görüşlə bütün ziddiyyətlərin aradan qalxacağını düşünmək düzgün olmaz. Burada əsas məsələ konkret razılaşmaların əldə olunması və onların icrasıdır.
Hesab edirəm ki, bu danışıqların əhəmiyyəti müharibənin genişlənməsinin qarşısını almaq və regionda siyasi dialoqu gücləndirmək imkanındadır. Əgər tərəflər qarşılıqlı güzəştə getməyi bacarsalar, İran-Səudiyyə münasibətlərində də müsbət dəyişikliklərin əsası qoyula bilər. Əks halda, mövcud gərginlik yenidən qarşılıqlı təzyiq vasitəsinə çevrilə bilər." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 248 Tarix: 26 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə
21 oktyabrBakıda "Turandot" tamaşasının premyerası baş tutub - Foto
Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazo
25 oktyabrİlham Əliyevdən Fərhad Xəlilovla bağlı sərəncam
Azərbaycanın Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, F.Xəlilov Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub
23 oktyabrPrezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə
22 oktyabrAzad və çiçəklənən Qubadlı
Altı il bundan əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial-siyasi islahatlar apararaq, beynəlxalq hüquq
22 oktyabrArzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
Deputat Arzuxan Əlizadənin həbs edilən oğlu Əhməd Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvüdür. -a istinadən xəbər verir ki, bunu Arzuxan Əlizadənin özü 2026-cı il aprelin 2-də verdiyi müsahibədə övladları barədə danışarkən deyib:. "Kiçik oğlum hüquqşünasdır, ali təhsilini yüksə
26 oktyabrPrezident bu sazişi təsdiq etdi
"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, sentyabrı
21 oktyabr