Peşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA

Peşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMAPeşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasına təsir göstərə bilər. Bu vəziyyətin səbəblərini müəyyənləşdirmək üçün müəllim və istehsalat təlimi ustalarının iş şəraiti, əməkhaqqı, ixtisaslı kadrların mövcudluğu və peşə təhsilinə maraq kimi amillər nəzərə alınmalıdır.

Bəs, peşə təhsili müəssisələrində vakant ştatların boş qalmasının əsas səbəbləri hansılardır və bu problemi aradan qaldırmaq, ixtisaslı kadrları sahəyə cəlb etmək və təhsilin keyfiyyətini yüksəltmək üçün hansı addımlar atılmalıdır?
Peşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, peşə təhsili müəssisələrində son vaxtlar həm tədris proqramlarının yenilənməsi, həm də kadr islahatları həyata keçirilir.

"Bunun əsas səbəbi uzun müddət istifadə olunan köhnə proqramların, laboratoriyaların, infrastrukturun, texniki və simulyasiya avadanlıqlarının yenilənməsinə ehtiyacın olmasıdır. Hazırda bu istiqamətdə işlər aparılır və yenilənmələrə uyğun olaraq müvafiq vakansiyaların da təmin edilməsi vacibdir. Son vaxtlar mediada və sosial şəbəkələrdə peşə təhsili müəssisələrində kadr çatışmazlığı, eləcə də siniflərin birləşdirilməsi halları ilə bağlı məlumatlar yayılır. İstisna etmirəm ki, bəzi müəssisələrdə belə hallar mövcud ola bilər. Ancaq vakant yerlərin doldurulması üçün yenilənmiş proqramlara uyğun bilik və bacarıqlara malik kadrlar cəlb edilməlidir. Düşünürəm ki, bu istiqamətdə mütəxəssislərin axtarışı və seçilməsi üçün müvafiq addımlar atılmalıdır".

Ekspert bildirib ki, hazırda bu problemlərin konkret hansı peşə təhsili müəssisələrində yaşandığını göstərən ciddi faktlarım yoxdur.

"Təəssüf ki, yayılan məlumatlarda da konkret müəssisə adı çəkilmir, sadəcə ümumi şəkildə vakansiyaların boş qaldığı bildirilir. Bununla belə, yeni proqramlara uyğun kadrların hələ tapılmaması səbəbindən bəzi müəssisələrdə boşluqların yaranması mümkündür".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 272   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq

26 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr
.

Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda təhsil sistemində süni intellektin tətbiqi genişləndirilir. Elm və Təhsil Nazirliyi ilə "OpenAI" şirkəti arasında imzalanan üçillik Anlaşma Memorandumuna əsasən, süni intellekt müəllimlərə dərslərin hazırlanması, tədris materiallarının tərtibi və şagirdlərin biliklərinin qiymətləndirilməs

26 oktyabr
.

MTK-lar komendant pulunu hansı əsaslarla artırırlar? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Çoxmənzilli yaşayış binalarında sakinlərdən tələb olunan "komendant pulu"nun məbləği ilə bağlı narazılıqlar davam edir. Bir çox MTK-nın bu ödənişi mütəmadi artırması, aylıq məbləğlərin onsuz da yüksək olması və artımın hansı hesablamalara əsaslandığının aydın göstərilməməsi vətəndaşlar üçü

26 oktyabr
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

26 oktyabr
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

25 oktyabr
.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

26 oktyabr