İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Foto

İlham Əliyev İƏT-in baş katibini qəbul edib - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxundu, bunu ölkəmizlə Təşkilat arasında güclü tərəfdaşlığın nümunəsi kimi qiymətləndirib. Dövlətimizin başçısı Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyərək, bunun gələcəkdə də davam edəcəyini vurğulayıb. Təşkilat çərçivəsində ölkəmizdə bir çox siyasi, iqtisadi, idman tədbirlərinin təşkil olunduğunu xatırladan Prezident İlham Əliyev gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini deyib və bu tədbirə fəal hazırlıq işlərinin getdiyini bildirib.

Prezident İlham Əliyev ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu xatırladıb.

Dövlətimizin başçısı ölkəmizin bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, təhlükəsizliyə və sabitliyə töhfə vermək üçün səylərini əsirgəməyəcəyini deyib.

İsmayıl Ould Şeyx Əhməd qəbula və İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, Baş katib vəzifəsinə seçiləndən sonra ilk səfərlərindən birini Azərbaycana etməsindən məmnun olduğunu deyib. İndiyədək bir neçə dəfə ölkəmizdə olduğunu qeyd edən qonaq burada gördüyü inkişaf proseslərini vurğulayıb və bu münasibətlə təbriklərini çatdırıb.

İsmayıl Ould Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi Azərbaycanla birlikdə çalışaraq Təşkilatın beynəlxalq nüfuzunun, həmçinin İslam həmrəyliyinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini artıracağını deyib.

Baş katib İsmayıl Ould Şeyx Əhməd ulu öndər Heydər Əliyevin xatirəsinə olan ehtiramını ifadə edərək, ümummilli liderin Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin genişləndirilməsində xidmətlərini xatırladıb. Qonaq ölkəmizin İslam dünyasında və İslam həmrəyliyinin gücləndirilməsində mühüm rolunu qeyd edib.

Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini deyən İsmayıl Ould Şeyx Əhməd qarşıdan gələn Zəfər Günü ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırıb. O, həmçinin regionda sülhün bərqərar olmasında Azərbaycan Prezidentinin səylərini dəstəklədiklərini deyib.

Söhbət zamanı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində media sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub, dezinformasiyaya qarşı üzv ölkələrin birgə səyləri ilə mübarizənin vacibliyi vurğulanıb və Azərbaycanın sədrliyi dövründə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

13:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.

Sonxeber.az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.
İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Fotoİlham Əliyev İƏT-in baş katibini qəbul edib - Fotoİlham Əliyev İƏT-in baş katibini qəbul edib - Fotoİlham Əliyev İƏT-in baş katibini qəbul edib - Fotoİlham Əliyev İƏT-in baş katibini qəbul edib - Fotoİlham Əliyev İƏT-in baş katibini qəbul edib - Fotoİlham Əliyev İƏT-in baş katibini qəbul edib - Fotoİlham Əliyev İƏT-in baş katibini qəbul edib - Fotoİlham Əliyev İƏT-in baş katibini qəbul edib - Foto


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 121   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

21 oktyabr
.

Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - Foto

Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazo

25 oktyabr
.

İlham Əliyevdən Fərhad Xəlilovla bağlı sərəncam

Azərbaycanın Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, F.Xəlilov Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub

23 oktyabr
.

Netanyahu İran xalqına müraciət edərək onların hüquqlarını dəstəkləyəcəyinə söz verib

İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək ölkə vətəndaşlarının əsas hüquqlarını və təhlükəsizliyini müdafiə etmək niyyətində olduğunu bəyan edib. xəbər verir ki, o, "Instagram" sosial şəbəkəsində fars dilində paylaşdığı müraciətdə iranlıların ona göndərdikləri məktublar

23 oktyabr
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

22 oktyabr
.

Azad və çiçəklənən Qubadlı

Altı il bundan əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial-siyasi islahatlar apararaq, beynəlxalq hüquq

22 oktyabr
.

Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal

Deputat Arzuxan Əlizadənin həbs edilən oğlu Əhməd Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvüdür. -a istinadən xəbər verir ki, bunu Arzuxan Əlizadənin özü 2026-cı il aprelin 2-də verdiyi müsahibədə övladları barədə danışarkən deyib:. "Kiçik oğlum hüquqşünasdır, ali təhsilini yüksə

26 oktyabr
.

Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi

Prezident İlham Əliyev Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

26 oktyabr
.

Prezident bu sazişi təsdiq etdi

"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, sentyabrı

21 oktyabr