Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR
Azərbaycanda ali təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı və digər xərclər bəzən ciddi maliyyə çətinlikləri yaradır. Təhsil Tələbə Krediti Fondunun təqdim etdiyi imkanlar bu yükün azaldılmasına xidmət etsə də, kreditlərin əldə olunma şərtləri, faiz dərəcələri və geri ödəniş qaydalarının tələbələrin real maddi imkanlarına uyğunluğu müzakirə mövzusudur. Təhsil haqlarının artması fonunda mövcud mexanizmlərin təkmilləşdirilməsi daha çox gəncin ali təhsil imkanlarından yararlanması baxımından əhəmiyyət daşıyır.
Bəs, Azərbaycanda təhsil kreditlərinin hazırkı şərtləri tələbələrin ehtiyaclarını nə dərəcədə qarşılayır? Kreditlərin verilməsi və geri ödənilməsi qaydalarında hansı dəyişikliklərə ehtiyac var və şərtlərin yumşaldılması ali təhsilin əlçatanlığını artıraraq tələbələrin maliyyə yükünü nə dərəcədə azalda bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirib ki, Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyəti Azərbaycanda ali təhsilin əlçatanlığının artırılması baxımından vaxtında atılmış müsbət addımlardan biridir.
"Bu mexanizm minlərlə gəncin maddi çətinliklər səbəbindən təhsildən kənarda qalmasının qarşısını alıb və sosial baxımdan həssas qruplara ciddi dəstək göstərib. Lakin təhsil bazarı və iqtisadi vəziyyət sürətlə dəyişir. Son illərdə təhsil haqlarının artması, eləcə də tələbələrin gündəlik yaşayış, nəqliyyat və kirayə xərclərinin yüksəlməsi fonunda mövcud kredit şərtlərinin tələbə və valideynlərin real ehtiyaclarını tam qarşıladığını demək çətindir. Təhsil krediti yalnız təhsil haqqının müəyyən hissəsini ödəməklə kifayətlənməməli, tələbəyə təhsil aldığı müddətdə maliyyə qayğılarından uzaq olaraq akademik və peşəkar inkişafına fokuslanmaq imkanı yaratmalıdır. Mövcud şərtləri təhlil etdikdə bəzi zəruri dəyişikliklərin vaxtının çatdığı görünür. İlk növbədə, faiz dərəcələrinə və kreditin əhatə dairəsinə yenidən baxılmalıdır. Standart kreditlər üzrə hazırda 6 faiz təşkil edən faiz dərəcəsinin azaldılması, hətta müəyyən ixtisaslar üzrə təhsil alan və yüksək akademik göstəricilərə malik tələbələr üçün tam faizsiz modelin tətbiqi vacibdir".
Ekspert bildirib ki, kredit mexanizmi yalnız təhsil haqqını deyil, tələbənin təhsil aldığı dövrdəki minimum yaşayış xərclərini də əhatə etməlidir:
"Geri ödəmə mexanizmində isə məzunların vəziyyəti nəzərə alınmalıdır. Məzun olduqdan sonra güzəşt müddəti uzadılmalı, ödənişlər bərpa edildikdə isə sabit məbləğ əvəzinə gənc mütəxəssisin gəlirinin müəyyən faizi əsasında ödəniş modeli tətbiq edilməlidir. Əgər məzun müəyyən müddət ərzində iş tapa bilmirsə və ya minimum əməkhaqqı ilə çalışırsa, kredit ödənişlərinin avtomatik dondurulması məqsədəuyğun olar. Bu, maliyyə yükünün gənclər üzərində sosial-psixoloji təzyiqə çevrilməsinin qarşısını ala bilər. Şərtlərin bu şəkildə yumşaldılması və kredit mexanizminin sosial yönümünün artırılması ali təhsilin sosial ədalət prinsipi əsasında daha əlçatan olmasına birbaşa təsir göstərəcək. Bu, xüsusilə regionlardan olan və maddi imkanları məhdud ailələrin övladlarının ixtisaslı mütəxəssis kimi yetişməsi üçün geniş imkanlar yaradacaq, tələbələrin təhsil almaq əvəzinə vaxtından əvvəl ağır və ixtisassız işlərdə çalışmaq məcburiyyətini azaldacaq. Maliyyə yükünün azalması ali təhsilin keyfiyyətinə də müsbət təsir göstərə bilər. Beləliklə, gənclər diqqətlərini daha çox elmi biliklərin və peşəkar bacarıqların mənimsənilməsinə yönəldə bilərlər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı
Aylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ
Vətəndaş ABB-dən narazıdır
Salyanda ailə faciəsi: Bıçaqlanan ana öldü - Yaralanan ata və gəlinin son durumu
Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar
"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA