David Qordo: "Futbolçular Bakıda qazandıqları çempionluğu ömürləri boyu xatırlayacaqlar"
İspaniya millisinin futbolçuları Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında qazandıqları çempionluğu ömürləri boyu xatırlayacaqlar.
"Report"un məlumatına görə, bunu FIFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın baş məşqçisi David Qordo deyib.
İspaniyalı mütəxəssis turnirin gənc idmançılar üçün əvəzsiz təcrübə olduğunu bildirib:
"Gələcəkdə dünya və ya olimpiya çempionu olsalar belə, bu günü hər zaman xatırlayacaqlar. FIFA bu formatı və turniri dəstəkləməkdə davam etməlidir, çünki dünyanın hər yerindən gələn futbolçular üçün bu təcrübə əvəzsizdir".
Baş məşqçi komandasının əsas gücünü gənclərin peşəkar olmaq arzusu ilə əlaqələndirib:
"Komandamızın gücü bu oyunçuların peşəkar futbolçu olmaq istəyindən irəli gəlir. İspaniyada uşaq futbolunda çalışan bütün məşqçilərin əməyi mükəmməldir. Futbolçular milliyə gələndə artıq yüksək səviyyədə olurlar ki, bu da işimizi xeyli asanlaşdırır".
Qeyd edək ki, İspaniya yığması finalda Çexiyanı 3:0 hesabı ilə məğlub edərək U-15 dünya çempionatı və festivalının qalibi olub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 206 Tarix: 31 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kəpəz"dən gözlənilməz çıxış - 7 oyundur uduzmur
"Kəpəz" son iki ayda keçirdiyi 7 qarşılaşmada məğlubiyyətlə üzləşməyib. "Qafqazinfo" xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi Gəncə təmsilçisi bu müddətdə 5 qələbə qazanıb, 2 heç-heçə edib. Komanda Misli Premyer Liqasında "Qəbələ"ni (1:0), "Araz-Naxçıvan"
2 noyabrAzərbaycan boksçuları U-19 dünya çempionatını iki medalla başa vurublar
Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-19 dünya çempionatını 2 medalla başa vurublar. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Komandanın heyətində Nihat Qasımov (55 kq) və Səfdər Məmmədzadə (+90 kq) fərqlənib. Onların hər ikisi bürünc medal qazanıblar
26 oktyabrAziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm
25 oktyabr"Neftçi" Premyer Liqada liderliyə yüksəldi
"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar. "Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər
1 noyabrİslam ikiqat Avropa çempionudur!
Azərbaycanlı cüdoçu İslam Rəhimov İtaliyada keçirilən yarışda qızıl medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, idmançımız finalda Niderland təmsilçisi Yoxem van Harteni ipponla məğlub edərək ikinci dəfə Avropa çempionu olub
30 oktyabrFIFA U-15: Bu gün dünya çempionatının qalibi müəyyənləşəcək
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək. Qaynarinfo-nun məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək. Bundan əlavə, B, C, D, E və F Divizionlarını
30 oktyabr