Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib.
Oxu.Az xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub.
Prezident cavabında "Bu, yaxşı ideyadır. Məncə, bu barədə düşünməliyəm", - deyə bildirib. O, həmçinin zarafatla Consonun özünün də bu vəzifəyə uyğun gələ biləcəyini qeyd edib.
Jurnalist Trampla olan müsahibəsindən kəsilmiş bu hissəni özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Bu mövzuya olan maraq Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunqun prezidentin "Air Force One" təyyarəsində Minajla video çəkərkən onun namizədliyini ironiya ilə irəli sürməsindən sonra daha da artıb.
Trampın seçkiqabağı mitinqə hazırlaşdığı Miçiqana uçuş zamanı Çunq repçiyə prezidentin maliyyə çətinliklərinin öhdəsindən gəlmək bacarığı barədə sual ünvanlayıb. Minaj Trampın təcrübəsini yüksək qiymətləndirərək, "O, özündən iki dəfə gənc olan insanlardan daha çox işləyir", - deyə vurğulayıb.
Minajın ehtimal olunan təyinatı ilə bağlı xəbər Çunqun müsahibə videosunu sosial şəbəkələrdə "Xanımlar və cənablar, deyəsən, Ağ Evin yeni mətbuat katibini tapmışıq!" şərhi ilə paylaşmasından sonra internetdə geniş yayılıb. Müğənni də öz növbəsində bu videonu ABŞ bayrağı və smaylik əlavə edərək paylaşıb.
Ağ Evin sonuncu mətbuat katibi Keti Zaxariya bu vəzifəyə təyin olunduqdan bir həftə belə keçmədən işdən çıxarılıb. O, vəzifəsinin icrasına oktyabrın 12-də başlayıb, ertəsi gün isə özünün ilk və yeganə brifinqini keçirib. Jurnalistlərlə görüş təxminən 14 dəqiqə çəkib. Mətbuat katibi "Breitbart", "Fox News" və "Daily Mail" olmaqla üç nəşrin nümayəndələrinin suallarını cavablandırıb.
Beş gün sonra Zaxariya Ağ Evin mətbuat katibi vəzifəsindən azad edilib. Bununla da o, müasir tarixdə bu vəzifədə ən qısa müddət qalan mətbuat katibi olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 124 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib
Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav
30 oktyabrMalayziyada timsah 14 yaşlı məktəblini parçaladı
Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun
1 noyabrErmənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Ermənistanın Şirak vilayətində rüşvət vermə və alma işi üzrə 10 nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Ermənistan mediası Korrupsiyaya qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb. "Korrupsiyaya qarşı Mübarizə Komitəsində rüşvət alma və vermə halları üzrə başlanmış cinayət işi çərçivəsind
30 oktyabrTürkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi
Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub. "Haber Global"a istinadən xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib. Polis əməkdaşları onu tibbi müayinə üçü
31 oktyabrİşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız
Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün
31 oktyabrRusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30 oktyabr