Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?

Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb.

Bunu "Report"a yerli fermerlər bildiriblər.

Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi səbəbindən alma bağlarında yayılmış göbələk, bakteriya, virus, mikoplazma, həmçinin funksional və abiotik mənşəli xəstəliklər məhsuldarlığa və toplanan meyvələrin keyfiyyətinə mənfi təsir göstərib.

Qiymətlərə gəldikdə hazırda bazarda Quba almasının qiyməti 60 qəpik-1 manat aralığında dəyişir. Bölgədə fəaliyyət göstərən emal müəssisələri almanın 1 kiloqramını fermerlərdən cəmi 10 qəpiyə alır. Bu isə bağ sahiblərini qane etmir.

Fermer Elşad Rüstəmov deyib ki, 1.5 hektar sahəsi olan alma bağına hər il adətən 5-6 dəfə dərman vururdusa, bu il bağı 15 dəfə dərmanlamaq məcburiyyətində qalıb:

"Ötən illərdə alma bağından 8-10 min manat gəlir götürürdük. Bu il isə heç qoyduğumuz mayanı da çıxara bilmədik. Dərmanın və fəhlələrin pulunu, digər xərcləri hesablasaq, 5-6 min manat ziyandayıq. Növbəti ildə də vəziyyət dəyişməsə, ənənəvi Quba alması artıq tarixə qovuşacaq".

Digər fermer Teymur Seyfullayev isə deyib ki, onun təsərrüfatında yığıma beş gün əvvəl başlanılıb:

"Məhsuldarlıq çox aşağı düşüb. Alma bağımın sahəsi təqribən hektar yarımdır. Demək olar ki, yığım başa çatmaq üzrədir. Ötən illərdə meyvənin dərilməsi az qala ayyarım davam edərdi. Dəqiq desəm, əvvəllər hər il 16 ton alma yığırdıqsa, bu il məhsuldarlıq 6 tona düşüb. Böyük zəhmət hesabına becərdiyimiz almanı alıcılar maksimum 70 qəpiyə alırlar. Bu isə o deməkdir ki, 7-8 min manat ziyan etmişik".

Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov məsələ ilə bağlı qeyd edib ki, rayon ərazisində almaya xəstəlik düşməsinin səbəbi davamlı yağıntı və rütubətli hava şəraitidir:

"Quba rayonunda 17 min 170 hektar meyvə bağı mövcuddur. Bunun da 6 min 860 hektarı, yəni 40%-i alma bağlarıdır. Alma bağlarında ən çox dəmgil xəstəlikləri yayılıb. Qubada sürətlə yayılan bu tip xəstəlik məhsuldarlığa çox mənfi təsir göstərir. Qiymətləri müqayisə etsək, yerli fermerlər ötən illərdə almanın hər kiloqramından 4-8 qəpik gəlir əldə edirdilər. Lakin bu il emal müəssisələrində almanın qəbul qiyməti bir qədər artırılaraq kiloqramı 12-13 qəpik, tonu isə 120-130 manat təşkil edib".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 142   Tarix: 01 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncədə "BakuBus"un avtobusu qəza törətdi - Foto

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə şəhərin F. Xoyski ilə Rüzigar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən "BakuBus"a məxsus avtobus KIA markalı minik maşını ilə toqquşub. Sərnişi

31 oktyabr
.

Azərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO

Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini

31 oktyabr
.

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib. -ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə külli miqdarda dələduzluqda təqsirləndirilən Rüfət Qasımzadə və Məmməd Məmmədzadə saxlanılıblar. Nəsimi Rayon Polis İdarəsində hər iki şəxs barədə Cinayət Məcəlləsini

21 oktyabr
.

Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisə ilə bağlı yeni təfərrüat məlum olub. Bu barədə -a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib. O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur:. "Kriminal şəxsin ailəsi olmur

24 oktyabr
.

Dubayda maşın alverçisi olan sevgilisi tərəfindən təhdid olunan xanım kömək istədi: "Həyatım təhlükə altındadır!"

"Real Azərbaycan"a müraciət edən Gülxar Novruzlu münasibətdə olduğu şəxs tərəfindən təhdid olunduğunu bildirir. Gülxar Novruzlunun sözlərinə görə, Dubayda avtomobil alveri ilə məşğul olan Seyid Hüseyn onunla münasibətə son qoyduğu üçün onu təhdid edir. O, həmçinin sosial şəbəkə hesablarınd

24 oktyabr
.

Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu - Foto\Video

Bakının Nizami rayonunda baş vermiş güclü yanğın hadisəsini işıqlandıran APA TV-nin əməkdaşı hücuma məruz qalıb. APA-ya istinadən xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunmuş APA TV-ni

1 noyabr
.

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb

25 oktyabr
.

Salyanda ailə faciəsi: Bıçaqlanan ana öldü - Yaralanan ata və gəlinin son durumu

Salyan rayonunda baş verən ailə davasında bıçaqlanan iki nəfərin vəziyyəti məlum olub. Bu barədə -ın sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından xəbər verilib. Qeyd olunub ki, oktyabrın 27-də saat 13:30-da 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiy

27 oktyabr
.

Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ

Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olmas

31 oktyabr