Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdüMüğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib.

Oxu.Az "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb.

Nəşrin əldə etdiyi məhkəmə sənədlərindən məlum olub ki, 48 yaşlı sənətçinin "City National Bank"a ən azı 117 700 dollar kredit borcu var. Bank Federlayndan hesablanmış faizlərin də ödənilməsini tələb edir. Kredit kartı üzrə faiz dərəcəsi 20.5%, kredit xətti üzrə 7.5%, overdraft xətti üzrə isə 18% təşkil edir.

Federlayn bankla müqaviləni 2024-cü ilin noyabr ayının sonunda imzalayıb. Bu, Spirsin iki övladı - Şon Preston və Ceyden Ceyms üçün sonuncu aliment ödənişini etdiyi dövrə təsadüf edib. Lakin Federlayn 2025-ci ildən etibarən bu ödənişlər dayandırıldıqdan sonra maddi çətinliklərlə üzləşməyə başlayıb.

Bundan əvvəl Federlayn uşaqların saxlanılması üçün hər ay 40 min dollar aliment alırdı. Şon Prestonun 18 yaşı tamam olduqdan sonra bu məbləğ 20 min dollara endirilib. Ceyden Ceyms məktəbi bitirənədək ödənişlər davam edib.

Federlayn "Siz bildiyinizi düşünürdünüz" adlı memuarında bu vəsaitin uşaqların təhlükəsizliyinin təmin olunmasına və onların Spirsin yanında alışdıqları həyat səviyyəsinin qorunmasına sərf edildiyini yazıb. Onun sözlərinə görə, bu xərclər "ayda 40 min dolları asanlıqla aşırdı".

"Pullar hesaba daxil olan kimi demək olar ki, yoxa çıxırdı", - deyə o bildirib.

Cütlük 2004-cü ildə ailə qurub, üç il sonra isə rəsmi şəkildə boşanıb. Həmin vaxt məhkəmə oğlanların qəyyumluğunu Federlayna verib. Bir neçə ay sonra isə müğənninin uşaqları ilə görüşünə qadağa qoyulub.

Uşaqlar uzun illər anaları ilə ünsiyyət saxlamayıblar. 2024-cü ilin dekabrında isə pop ulduz pərəstişkarlarına iki ildən sonra ilk dəfə Şon və Ceydenlə görüşdüyünü açıqlayıb. Müğənni övladlarını evinə dəvət edərək Milad bayramını onlarla birlikdə qeyd edib. Həmin vaxt sənətçi sosial şəbəkə hesabında kiçik oğlu ilə videosunu da paylaşıb. Spirs bunun həyatındakı ən gözəl Milad olduğunu və uzun müddətdir özünü bu qədər xoşbəxt hiss etmədiyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 106   Tarix: 01 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir

Fars körfəzi hövzəsindəki ərəb dövlətləri İranla danışıqlara açıqdır, lakin Tehranın da qarşılıqlı addımlar atacağını gözləyirlər. "Report" "Iran International"a istinadən xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyv

31 oktyabr
.

Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır

İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin

1 noyabr
.

İşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız

Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün

31 oktyabr
.

Türkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi

Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub. "Haber Global"a istinadən xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib. Polis əməkdaşları onu tibbi müayinə üçü

31 oktyabr
.

Ərdoğan Zelenski ilə görüşdən sonra Ukraynada sülh üçün hansı addımı təklif etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davamlı sülhün təmin olunması üçün tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb. "Haber Global"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. İki lider Dolmabahçe sarayınd

31 oktyabr
.

Lavrov ABŞ-a gedib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir

30 oktyabr
.

İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir

İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər

1 noyabr
.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30 oktyabr
.

İran yeni silahlar sınaqdan keçirib

İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen

1 noyabr