Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər.

Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, şərti olaraq vaxtından əvvəl azad edilmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə tətbiq oluna bilər.

Qeyd olunub ki, məhkəmə məhkumun islah olunması üçün cəzanı tam çəkməsinə ehtiyac olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu zaman məhkum tamamilə və ya qismən əlavə cəzadan da azad oluna bilər.

Nazirlikdən bildirilib ki, bu barədə qərar qəbul edilərkən məhkumun islah olunma vəziyyəti, cəzanın tam çəkilməsinə zərurətin qalıb-qalmaması, əməyə və təhsilə münasibəti, psixoloji durumu, cəzaçəkmə dövründə davranışı, ona tətbiq edilmiş həvəsləndirmə və tənbeh tədbirləri, eləcə də məhkumun şəxsiyyətini xarakterizə edən digər hallar nəzərə alınır.

Bu meyarlar əsasında məhkumun davranışı və islah olunma vəziyyəti qiymətləndirilir. Cəzaçəkmə müəssisəsi tərəfindən onun barəsində hazırlanmış mülahizə məhkumun ərizəsi və şəxsi işi ilə birlikdə baxılması üçün məhkəməyə təqdim olunur.

Şərti olaraq vaxtından əvvəl azad edilmə üçün məhkumun çəkməli olduğu cəza müddətinin minimum hissəsi törədilmiş cinayətin kateqoriyasından asılıdır.

Belə ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətə görə məhkum olunmuş şəxsin təyin edilmiş cəzanın ən azı yarısını çəkməsi tələb olunur.

Ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdən sonra bu hüquqdan yararlana bilərlər.

Xüsusilə ağır cinayət törətmiş şəxslər üçün isə təyin edilmiş cəza müddətinin ən azı dörddə üçünün çəkilməsi tələb olunur. Eyni müddət əvvəllər şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin bu azadetmə qanunvericilikdə nəzərdə tutulan əsaslarla ləğv edilmiş şəxslərə, həmçinin əvvəllər azadlıqdan məhrumetmə cəzası çəkmiş və cinayətlərin residivinə görə yenidən bu cəzaya məhkum olunmuş şəxslərə də şamil edilir.

Ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən şəxslər barəsində də şərti olaraq vaxtından əvvəl azad edilmə mümkündür. Ədliyyə Nazirliyindən bildirilib ki, məhkəmə belə məhkumun azı 25 il həbsdə olduğunu və cəza çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq, onun cəzanı çəkməsinə daha ehtiyac olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəzasını müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya məhkumu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

Beləliklə, şərti olaraq vaxtından əvvəl azad edilmə avtomatik tətbiq olunan mexanizm deyil. Məhkumun qanunla müəyyən edilmiş minimum cəza müddətini çəkməsi ilə yanaşı, onun davranışı və islah olunma vəziyyəti də məhkəmə tərəfindən qiymətləndirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 135   Tarix: 01 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr