Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq
Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ilk gününün yekunlarına dair Atlantada keçirilən mətbuat konfransında bildirib.
"Amerikalılar klassik diplomatiya qaydalarına əməl edirlər. Münasibətlərdə hansı problemlərin olmasından asılı olmayaraq, Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq", - nazir qeyd edib.
O, bu kontekstdə ABŞ dövlət katibi Marko Rubionun sözlərini də xatırladıb.
"2025-ci ilin fevralında Ər-Riyadda keçirilən ilk görüşümüzdə Rubio etiraf etmişdi ki, əksər hallarda ABŞ və Rusiyanın milli maraqları üst-üstə düşməyəcək", - Lavrov bildirib.
Bununla yanaşı, nazir bu maraq fərqinin "qızğın qarşıdurmaya" çevrilməsinə yol verməyi cinayət adlandırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 119 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
1 noyabrOpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin
1 noyabrNigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
1 noyabrİran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
1 noyabr