Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür.
BAKU.WS-in məlumatına görə, artıq kompensasiya ödənilmiş evlərin böyük hissəsi sökülüb. Ödənişini hələ almayan mülkiyyətçilərin əmlakları üzrə isə kompensasiya prosesi başa çatdıqdan sonra növbəti mərhələdə söküntü işləri aparılacaq.
Məlumata görə, kompensasiya məbləğləri vətəndaşlara təxminən 3-4 ay əvvəl təqdim edilib və mülkiyyətçilərin əksəriyyəti təklif olunan şərtlərlə razılaşıb. Yaşayış sahəsinin hər kvadratmetri üçün 1200 manat, qeyri-yaşayış sahələri üçün 600 manat kompensasiya müəyyənləşdirilib. Bundan əlavə, hasarların hər metri 200 manat, şombaların hər biri isə 300 manat məbləğində qiymətləndirilib.
Kompensasiya hesablanarkən yalnız evin sahəsi deyil, torpaq ərazisindəki anbar, zirzəmi, ağaclar və digər əlavə tikililər də nəzərə alınıb. Evin ölçüsündən və ərazidəki tikililərdən asılı olaraq, bəzi mülkiyyətçilərə ümumilikdə 100 min manatdan artıq kompensasiya hesablanıb.
Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ADY tərəfindən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan dəmiryol layihələrinin icrası davam etdirilir:
"Dövlət Proqramı çərçivəsində Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Qaradağ-Güzdək xətlərinin yenidən qurulması üzrə işlər aparılır.
Bakıxanov-Binə-Qala xətti ilə bağlı yol layihəsi üzrə işlər başa çatıb. Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə mülkiyyətçilərlə protokollar imzalanıb, 200-dən çox mülkiyyətçiyə kompensasiya ödənilib. Proses davam edir. Dövlət Proqramına əsasən, Bakıxanov-Binə-Qala xəttinin bərpası layihəsinin icra müddəti 2026-2028-ci illəri əhatə edir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 237 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru
31 oktyabrHər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə
1 noyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrAzərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
1 noyabrBayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabr