Şuşa Şəhəri Gününü qürur və fəxarətlə qeyd edirik

Şuşa Şəhəri Gününü qürur və fəxarətlə qeyd edirikHaqq, ədalət savaşından qalib çıxan Azərbaycan xalqının Lideri, Prezident İlham Əliyevin sərəncamları ilə 26 Avqust - Laçın Şəhəri Günü, 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr - Füzuli Şəhəri Günü, 20 Oktyabr - Zəngilan Şəhəri Günü, 25 Oktyabr - Qubadlı Şəhəri Günü, 8 Noyabr - Şuşa Şəhəri Günü, 20 Noyabr - Ağdam Şəhəri Günü, 25 Noyabr - Kəlbəcər Şəhəri Günü kimi bayram edilir. Bu əlamətdar günlər eyni zamanda, şanlı tariximizin ən möhtəşəm səhifələridir.
Azərbaycanı qələbələrdən qələbələrə aparan Prezident İlham Əliyevin sərəncamları ilə xalqımız bu günlər qürurla, fəxrlə qeyd edir. Xalqımızın möhtəşəm birliyi, qüruru qarşısında erməni mifinin birdəfəlik darmadağın edildiyi 8 Noyabr günündə Zəfər Günü ilə birlikdə Şuşa Şəhəri Gününü də bayram edirik. 2024-cü il noyabrın 8-də Azərbaycan xalqı tarixi zəfərərin və Şuşa şəhərini işğaldan azad edildiyi gününün beşinci ildönümünü qürur və fəxarət duyğusu ilə qeyd edəcək. Bəli, bu günlər xalqımız milli ruhun, ləyaqətin təntənəsi gününün böyük coşqusunu yaşayır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin nümayişi oldu. Azərbaycan bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır.
Azərbaycan xalqının, dövlətinin dahi xilaskarı Ulu Öndər Heydər Əliyevin vaxtilə cani-könüldən dilədiyi Qarabağ, Şuşa arzularının çin olduğu müqəddəs gündən Şuşanın yeni tarixi başladı. Ölkəmizin tarixinə qızıl hərflərlə yazıln 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra haqq savaşına qalxan Azərbaycan xalqının Müzəffər Komandanının mükəmməl hərbi taktikası sayəsində üçrəngli bayrağımızın qürurla dalğalandırıldığı Şuşa gülüstana, cənnətə çevrilir. Möhtəşəm quruculuq işlərinin həyata keçirildiyi Qarabağın incisi Şuşa şəhərində öz yurd-yuvalarına qayıdan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün böyük layihələr həyata keçirilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır.
Ulu Öndər Heydər Əliyev yolunun davamçısı, ölkə Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki doğma kənd və şəhərlərinə qayıdan insanlar üçün ən yaxşı həyat şəraiti yaradılacaq. Çünki bu insanlar uzun illər məcburi köçkün həyatı yaşayaraq çətinliklərə dözmüş, yurd həsrəti çəkmişlər. Artıq Ali Baş Komandanın qeyd etdiyi o gün reallığa çevrilib.
Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı ölkə Prezidentimizin rəhbərliyi ilə Azərbaycan xalqı cəmi 44 günə işğaldan azad edilən torpaqlarımıza, yurd yerlərimizi çənnətə çevirir. Yurdlarına dönən, isti od-ocaqlarına qovuşan soydaşlarımızın, o torpaqlarda doğulan körpələrin şən qəhqəhələri bir daha dünyaya "Qarabağ Azərbaycandır!" ismarıçı verir

Həbib Məmmədov - müharibə veteranı, polkovnik


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 102   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb

Türkiyənin "Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb. xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb. Yeni baş məşqçi təyin olunana qədər Dirk Kuyt bu vəzifəni icra edəcək. Xatırladaq ki, "Fənərbağça" ötən gün baş məşqçi İsmayıl Kartalla yollarını ayırı

28 oktyabr
.

Pyerluici Kollina da Bakıya gəldi - Video

Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı

26 oktyabr
.

Yamalın atası hava limanında qalmaqal yaratdı

"Barselona"nın futbolçusu Lamin Yamalın atası Münir Nəsraui "Qızıl top"un təqdimetmə mərasiminə yollanarkən qalmaqala səbəb olub. "Qafqazinfo" xəbər verir ki, o, Barselona Hava Limanının gözləmə zalındakı kafelərdən birində qalmaqal yaradıb. Hadisəyə Nəsrauinin gödəkçəsin

28 oktyabr
.

U-15 dünya çempionu İspaniya millisi oldu

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalına bu gün yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, A liqasının həlledici final oyununda İspaniya və Çexiya komandaları qarşılaşıb. Bakı Kristal Zalında keçirilən oyun İspaniyanın 3:0 hesablı darmadağını ilə başa çatıb. Qeyd edək ki

30 oktyabr
.

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz "Fənərbağça" ilə oyunu buraxa bilər

Türkiyənin "Qalatasaray" klubunun əsas futbolçularından olan Barış Alper Yılmaz Superliqanın IX turunda "Fənərbağça" ilə oyunu buraxa bilər. xəbər verir ki, bu barədə yerli "Sabah" nəşri məlumat yayıb. Oyunçu Fransada "Lill"ə qalib gəldikləri matçda (4:2) ayağındak

23 oktyabr
.

Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq

Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gün Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq. 59 kq çəki dərəcəsində yarışan Ruzanna Məmmədov təsnifat mərhələsində yaponiyalı Natsuki Yamaquçi ilə qarşılaşacaq. Sərbəs

29 oktyabr
.

"Səbail" klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır

"Səbail" Futbol Klubunun rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionunda ev oyunlarını keçirmək məqsədilə danışıqlar aparır. Bu barədə "Report"un sorğusuna cavab olaraq I Liqa təmsilçisindən məlumat verilib. Klubdan bildirilib ki, rəqibləri məhz Quba şəhərində qəbul etmə

23 oktyabr
.

Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi

Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd

27 oktyabr
.

İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı

"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta

26 oktyabr